adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ÖLÜM-DİRİM QOVĞASI - Mehman CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
59364 | 2019-05-14 09:46

İstanbulda bələdiyyə seçkilərininnəticələrinin ləğv ediləcəyi gözlənilən qərar idi. Bunun anonsunu Anadolu agentliyi hələ seçki gecəsində,bülletenlərin sayımının sona çatdığı dəqiqələrdə vermişdi. Bəyanatla yox,susmaqla. Səhərin gözü açılsa da, axıra qalmış 1,5 faiz bülletenlər sayılıbqurtarmaq bilmirdi.

Daha doğrusu, bülletenlər sayılmışdı, nəticələr hər iki partiyayetkililərinə və prosesin içində olanlara məlum idi, amma ictimaiyyətəaçıqlanmırdı. Nəsə planlaşdırılırdı. Binəli Yıldırımın da son nəticənigözləmədən (hərçənd, son nəticə onun özünə bəlli idi) tez-tələsik çıxıb qələbəmitinqi keçirməsielə bu "nəsə”nin bir halqası, necə deyərlər, ideoloji altyapısıydı.

Hadisələrin ən gərgin nöqtəsindəYSK sədrinin prosesə müdaxilə edərək sonnəticəni açıqlamasıucbatından plan pozuldu.

Sonra hamının həyacanla izlədiyi uzun, zəhlətökən bir proses – təkrarsayım başladı. Yenə söz sahiblərinin arzuladığı nəticə hasil olmadı.

Sonra işə prosesə sonillər siyasi fəaliyyəti AKP büdrədiyivaxt ona dəstək durmaqdan uzağa getməyənD.Baxçalını qoşdular.

AKP-nin özünə lazım olan təkliflərini millətçilərin liderinin dilindənsəsləndirməsi Türkiyə siyasətindəyeni mərhələdir.Ötənil MHP Genel başqanı Prezident seçkilərinin irəli çəkilməsi barədə təklif verdivətəklif dərhal qəbul olundu (hərçənd, seçkilərin irəli-geri çəkilməsininşəxsənonun özünə və partiyasına heç bir isti-soyuğu yox idi), İstanbulda təkrarseçkilərin keçirilməsinə çağırış etdi (hərçənd, öz partiyası İstanbulda sözkəsənlik də olsa bir namizəd çıxartmaq iqtidarında deyildi) və çağırış müsbətəks-səda verdi.

Nəhayət, Roma papasından daha artıq katoliklik etmək eşqinə düşərək bütünböyük şəhərlərdə, yəni MHP yox, AKP namizədlərinin uduzduğu şəhərlərdə təkrarseçkilərin keçirilməsini istədi, amma Ərdoğanağını çıxartmadı, təkcə İstanbullakifayətləndi. Çünki ona İstanbul lazım idi.

Ərdoğanın bu şəhərə aşırı sevgisi təkcə İstanbul doğumlu olmasından qaynaqlanmır.Onunİstanbula həm mistik, həm də ideoloji bağlılığı var.

AKP genel başqanının siyasi olimpə doğru gedən yolu1994-cü ildə İstanbul Böyük Şəhər Bələdiyyə başqanıseçilməklə başladı. Özü də həmin 94-cü ildə o, Əkrəm İmamoğlunun indi aldığısəslərin təxminən yarısı qədər səs almışdı.

Amma Ərdoğanın yüksəlişinin səbəbi təkcə mer seçilməsiylə bağlı deyildi.İndiyədək İstanbul bələdiyyə başqanı seçilənlərin heç də hamısının siyasikaryerası belə uğurlu olmayıb.

Ərdoğan məhz həmin vəzifəni tutarkən Ziya Göyalpın Balkan savaşıəsgərlərinə yazdığı məşhur şerinin bir bəndinin kim tərəfindəntəhrif olunubislamlaşdırıldığı bu günə kimibilinməyən variantını oxuduğuna görə cəlb olunduğu uzun məhkəmə çəkişmələrindənsonra 1999-cu ilin mart ayında, yəni yenimer seçkilərinin başa çatmasına bir ay qalmış 4 aylıq həbsə alınır və görəvinitam başa vura bilmir.

Həbs dönəmində birə beş populyarlaşmaq siyasətçilərin alın yazısıdır. Buhəbs Ərdoğanın xarizma, natiqlik, özünəinam və siyasətçiyə xas digər mühüm keyfiyyətlərinəbir əzabkeş çaları da qatdı. Onu daha da populyarlaşdıraraq toplumunsevimlisinə çevirdi, siyasətinzirvəsinə gedən yolunu açdı. İndi odüz iyirmi ilə yaxındır ki, həmin zirvədə qərar tutub qalıb. Razılaşın ki,istənilən siyasətçinin həsəd aparcağı bir göstəricidir.

1994-cü ildən bəri İstanbul Böyüş Şəhər Bələdiyyəsi son on illərdəqanunlarla üzləşdikləri problemlər səbəbindən müxtəlif adlarla (”Rifah”,"Fəzilət”, Ədalət və İnkişaf”) siyasi səhnəyə çıxmış eyni ideoloji xətttərəfdarlarının – islamçıların əlindədir.Görünür, elə bu səbəbdən də indi onlarda belə birmistik ovqat hökm sürür ki, İstanbulgetsə, ardınca bütün Türkiyəitiriləcək və iki on illikdir ki, ölkəni geriyə– xilafətə və sultanlığa doğru itələməkyolundabittə-bittə qazandıqlarının hamısı əllərindən çıxacaq.

Çünki İstanbul onlar üçün təkcə Osmanlı imperatorluğunun qürur mənbəyiolan bir şəhər deyil, həm də onun əliyalın qalmış sonuncu padşahının gavurlartərəfindənaz qala əsir kimi saxlandığı bir sığınacaqdır.

Türkiyədə siyasi rəqabət siyasətin gündəmini çoxdan tərk edib. Ölkə xeylivaxtdırdünyəvilik, cümhuriyyət tərəfdarlarıyla şəriət, monarxiya aşiqlərininbarışmazsavaş meydanına çevrilib.

Çağdaş Türkiyə Cümhuriyyətinin başında duranların bu cümhuriyyətin dəyərlərinəvə onun banisinə zərrə qədər də sayğıları yoxdur. Özü də hər addımbaşı busayğısızlı nümayiş etdirməkdən, fürsət düşdükcə təmsil etdikləri, başındadurduqları cümhuriyyətə, onun təməlini qoyan(lar)a və təməl prinsiplərinəhəqarət göstərməkdənqürur duyurlar. Bu, dünya tarixində bənzəri olmayan birnonsesdir, paradoksdur. Tarixin heç bir dönəmində heç bir ölkədə belə birsiyasi etika mövcud olmayıb, tarix kitablarında bu barədə hər hansı bir nümunətapmaq mümkün deyil.

Dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmış bir imperiyanınxarabalıqları üstündə cümhuriyyət qurmuş bir adama onun varislərinin bu gürnifrətinin nədən qaynaqlandığını anlamaq çətindir. Görəsən, Osmanlı qalsaydıbugünkü Türkiyə yönətimində meydan sulayan insanlar nə işlə məşğul olacaqdı?Axı, bu sultanlığın bütün dövlət aparatı, məmurları, sərkərdələri, əsgərləri,hətta mütəxəssisləri belə devşirmələrdənibarət idi, əsl türklər dövlət idarəçiliyinin kandarına belə yaxın buraxılmırdı.

Hazırda dünyanın müxtəlif ölkələrindəOsmanlı sultanlarının çox saydanəvə-nəticələri yaşamaqdadır. Son dövrdə dünyada daha çox ölkənin parlament idarəçiliyinəkeçdiyi bir dönəmdə Tükiyədə tamamilə əks yönlü islahat keçirildi, prezidentüsul-idarəsi yaradıldı.Ancaq bunun əvəzinə başqa səpgili islahat keçirmək,məsələn, Osmanlı sultanlığını bərpa etmək olardı. Təəccüblənmək-zad lazımdeyil. İndi nisbəttə götürəndə Avropadakı, xüsusilə onun daha demokratik, daha çox inkişaf etmiş Qərbindəkimonarxiyaların sayı, yalan olmasın, bütün şərqdəki adı cümhuriyyət, özümütləqiyyət olan dövlətlərin sayından çoxdur. Heç bir siyasi funksiya daşımayanhəmin monarxiyalar tarixə hörmət əlaməti olaraqdövlətin rəmzi kimi saxlanılıbvə monarxlar, sadəcə, siyasətdən kənar tədbirlərdə formal təmsilçilik hüququndanbaşqa heç bir səlahiyyətə malik deyillər. Hətta Frankodan sonrakı İspaniyadaolduğu kimi müəyyən fasilədən sonra da kral ailəsinin taxt-tac haqqını qaytaranölkələr də var.

Ancaq Osmanlı sevdası bitib-tükənməyən bugünkü türk iqtidarı belə biraddım atmazdı, ata bilməzdi. Çünki idarə etdiyi topluma yaxşı bələddir. Biranlığa təsəvvür edin ki, Türkiyədə sultanlıq bərpa edilir və yuxarıda dediyimsağ şahzadələrdən biri rəmzi səlahiyyətlələ gəlib İstanbuldakı sultansaraylarının birində oturdulur (yeri gəlmişkən, Ankarada möhtəşəm bir prezidentsarayı tikməyə də ehtiyac qalmaz, büdcəyə xeyli qənaət edilərdi). Səhəri günİstanbul sokakları həmin sultanın əlini öpmək üçün sıraya düzülən insanlarınəlindənpartlayacaq, adam bir göz qırpımında bütün qanunların fövqünə qaldırılacaq və daha bu ölkədəƏrdoğanlıq bir iş qalmayacaqdı.Bax, bir əsrlik, məsələn, belə deyək, "Atatürkqafa açılımı” projesindən sonra Türk ictimai şüuruun hazırkı səviyyəsi bu qədəracınacaqlı durumdadır.

Bu günlərdə Türkiyədə adına tarixçi, yazar, nə bilim daha nələr deyilənQədir Misiroğlu adlı birisi dünyasını dəyişdi. Adam ölümündən qabaq vəsiyyətetmişdi ki, qəlbində azacıq da olsa Atatürk sevgisi olan heç kəs mənim cənazətörənimə gəlməsin.

…Və hökumət yetkililərinin bir çoxu həmin törəndə iştirak elədi, gələbilməyənlər də alovlu başsağlığı mesajları yazdılar. Onlarla kitabın müəlifikimi tanınan bu zatın kimliyinə, səviyyəsinə, siyasi- ideoloji baxışlarınabələd olmaq üçün yazdığı kitabları oxumağa ehtiyac yoxdur, bir neçə "kəlamına”diqqət yetirmək kifayətdir: "Şəriət gəlsin də istərsə Türkiyə batsın, mənrazıyam”, "Şekspir əsl adı Şeyx Pir olan müsəlmandır”. "Kaş ki yunan gələydi,nə xilafət yıxılır, nə də şəriət ləğv edilirdi”.

Nədir bu Osmanlı xiffəti, bu xilafət yanğısı türk toplumunda? Dünyadahansı imperatorluqlar günlərin xoş bir günü yıxılmayıb ki? Bu gün elə təkcəAvropanın xəritəsindəki irili-xırdalı ölkələrin tarixinə baxın. Böyüyü də,kiçiyi də əsrlər boyu dünyanın hər nöqtəsində at oynadıb, meydan sulayıb.

XX əsr dünya tarixinə həm də imperatorluqların çöküşü (Şərqimperatorluqlarının çöküşü hələ orta əsrlərdən başlamışdı, Osmanlı onun sonyadigarıydı) dövrü kimi düşdü. Osmanlıdan qat-qat böyük imperatorluqlarxəritələrdən biryolluq silindi. Amma Avropa çökmədi, daha da irəli getdi,silahını qınına çəkib, moizələri kilsəyə tapşırıb ağlını işə saldı və yenidəndünyaya ağalıq etməyə başladı.

Tarix nə qürur mənbəyi, nə də utanc yeridir. Tarix keşmişə baxıb,gələcəyi qurmaq üçün dərs vəsaitidir.

Türkiyəli yazar Yılmaz Çətinərin "Son padşah Vəhdətdin” kitabındamaraqlı bir yer var.

Deməli, taxtdan salınmış sonuncu Osmanlı sultanı Vəhdətdin ailəsiyləİtaliyanın San-Remo şəhərində olduğu vaxt nəvəsi Hümeyra Özbaşın dayısıƏrtoğrulla həyətdə oynayarkən İstanbulda əzbərlədiyi məşhur "İzmir marşını” oxuduğunueşidir. Ancaq uşaq"Yaşa Mustafa Kamal Paşa, Yaşa, adın yazılacaq mücəvhər daşa”misrasınaçatanda qulluqçusu ona təpinir və yuxarıdakı misranı aşağıdakı kimi oxumağıtapşırır: "Qəhr olsun, qəhr olsun Mustafa Kamal paşa”.Qız da kalfa deyən kimioxuyarkən Vəhdətdin bunu eşidir və nəvəsini yanına çağırıb məzəmmət eləyir. Nəvə:"Mən neynim, xanıməfəndim dedi ki, "yaşa” əvəzinə "qəhr olsun” deyəcəksən,yoxsa baban hirslənər”. Baba: "Mustafa Kamal böyük bir türk əsgəridir. Belə birpaşaya qəhr olsun demək olmaz! Bunu sizə öyrədən axmaq və cahil adamdır. Birdaha ağzınızdan belə bir söz eşitməyim!”

İndi Türkiyədəhər addımbaşı, özü də uşaqlar yox, böyüklər,bir dəfəyazmışam, bir də təkrar edirəm ki, Aşinadan üzü bəri bütün zəmanələrin ən böyükTürkü olan bu böyük insan haqqında bundan min dəfə betərini söyləyirlər.

…Hardan başladıq, hara gəlib çıxdıq. İndi oturaq 23 iyunu gözləyək.Məsələni çürüdüb elə mərhələyə çatdırdılar ki, artıq 23 iyun Türkiyə tarixinə sıradan bir şəhər bələdiyyəsi seçkisi kimiyox, keçmişlə gələcəyin, işıqla qaranlığın son döyüş günü kimi düşəcək, ölkəninsiyasi yönünü müəyyənləşdirəcək bir ölüm-dirim qovğasına çevriləcək. Bizə dəazarkeşlik qalacaq. Başqa neyləmək olar. Biz artıq öz seçki təşnəmiziölkəmizdən kənarda gedən proseslərlə söndürməyə adətkərdə olmuşuq.



TƏQVİM / ARXİV