adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Aqil ABBAS: 50 MANATLIQ FUTBOL «MƏDƏNİYYƏTİ»

AQİL ABBAS
54126 | 2019-05-14 09:42

ŞahmarƏkbərzadə Pele haqqında bir şeirində deyir:

Həsədaparırdı ağıllı başlar,

Ağlıtopuğunda olan oğlana.


İndiağıllı başların «ağlı topuğunda olan oğlanlara» həsəd apardığını deyə bilmərəm, ammabütün dünya bu «ağlı topuğunda olan oğlanları» sevir, alqışlayır. Futboldan gözəl heç biridman növü tanımıram, dünya futbolun üstündə köklənir, mənim fikrimcə.

Oyundahər şey olur – dava-dalaş da, yumruqlaşma da, anaları yada salma da. Amma oyun bitəndənsonra o yumruqlaşanlar da, analarıyada salanlar da öpüşür, bir-birlərinəuğurlar arzulayır. Uduzan komandanınməşqçisi udan komandanın məşqçisini gedibqucaqlayır, təbrik edir.

Qəbələdə«Qarabağ»la «Neftçi» Kubokun finalını oynayırdı.Ramin Musayev də elə bir tədbir, elə bir futbol şöləni hazırlamışdı ki, yəqin kiuzun illər həmin oyunu izləyənlərinyadından çıxmayacaq. «Qarabağ» qalib gəldi, «Neftçi»nin rəhbərliyi ilə «Qarabağ»ınrəhbərliyi şərəf tribunasında yan-yana oturmuşdu. Final fitindən sonra «Neftçi»nin rəhbərliyi dərhal üzləriniyana çevirib çıxıb getdilər. Amma«Neftçi» qalib gəlsəydi, mən məmnuniyyətlə Çingiz Abdullayevi qucaqlayıb təbrik edəcəkdim.

Bu,futbol mədəniyyəti deyil.

«Qarabağ»Naxçıvanda «Qəbələ» ilə Kubokun finalını oynayırdı.Oyunu «Qəbələ»nin prezidenti TaleHeydərovla qoşa izləyirdik. Təbii ki, mən «Qarabağ»ı tuturam , o da öz komandasını.«Qarabağ» qalib gəldi. Tale Heydərov məni qucaqlayıb təbrik elədi, sonra da «Qarabağ»ınrəhbərlərini bir-bir təbrik elədi.

Bu,futbol mədəniyyətidi.

Gələk mətləbə. Türkiyənin əslindədörd böyük klubu var: «Beşiktaş»,«Qalatasaray», «Fənərbağça», «Trabzonspor». İndi bir «Başakşəhər» də düzəldiblər,amma «demisezonnı» komandadı. Çempion da ola bilər, amma gələn il, ya o biri il bu komanda bizim «Keşlə»nin gününə düşəcək, çünki fanatıda yoxdu.

«Fənərbağça»nın bu il vəziyyəti elə bizim«Keşlə»nin vəziyyəti kimidi. Yüksək liqadan çıxa bilərdi, birtəhər sivişibaradan çıxdı. Bizim «Keşlə» də yüksək liqadan çıxa da bilər, çıxmaya da bilər.

«Fənərbağça»nınbu günədüşməsinin səbəbi çoxdu. Bu komandanın başınaçox oyun açdılar, hətta prezidentinitutdular və sair və ilaxır. Bu günkivəziyyətinin bir əsas səbəbi isə maliyyədi.

İnditəkcə «Fənər»sevərlər yox, bütün Türkiyəbu kluba para yardımı edir ki,«Fənər» bu böhrandan çıxsın.

Bizdə vaxtilə «Qarabağ» komandasını bu klubun sevənlərinin yardımı ilə dağılmağa qoymamışıq, indi Qurbanovun köhlən atlarının ayaq səsləri Avropanı başınagötürüb.

«Fənər»lə«Qalatasaray» əzəli «düşmənlərdi», fanatları da. Amma baxın görün nə baş verir?

«Qalatasaray»lızəngin iş adamı Sərkan Aydın «Fənər»ə 100 min dollar yardım edib. Eləcə də biri50 dollardan 100 ədəd də forma alıb«Fənər»in azarkeşlərinə paylayıb və deyib: «Rəqabət öz yerində, dostluq öz yerində».

Bu,futbol mədəniyyətidi!

«Neftçi»ilə «Qarabağ» final oynayır. Dünənədəkçempionatda 1 manata satılanbiletin qiymətini «Neftçi» rəhbərliyi bircə gününiçində 50 manata qaldırır ki, «Qarabağ»ın fanatları (bunların da çoxu evsiz-eşiksiz, dövlət yardımıilə dolananlardı) oyuna gələ bilməsinlər.

Bu,futbol mədəniyyəti deyil!

Bununheç adı da yoxdu.

«Qarabağ»ın rəhbərliyifanatları darda qoymadı. 700 biletalıb payladı onlara.Digərləri də qonum-qonşudan borc alıb gəldilər doğma «Qarabağ»a dəstək olmağa.

Vəoldular! Kuboku Aqoli ilə Rəşad Sadıqov«Neftçi»nin stadionunda başlarına qaldırdılar, sonra da bütün komanda gedib «İmarəttayfa» azarkeşlərinin, onların sevgiləriönündə baş əydilər.

Bax,bu futbol mədəniyyətidi!


TƏQVİM / ARXİV