adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"Marsda da başımızı qatacaqlar" - Eminquey yazır

EMİNQUEY AKİF
53001 | 2019-05-13 12:34

Bu Əmrikafilmləri məndə həmməşə ikrah hissi oyadıb da, neyləyim?!

Bunlardünyaya ağalıq eləyir deyə "Əmrika” deyirəm ha, yozmayın.

Uydurublarbir yaddünyalı fəlsəfəsi, illərdir filmlərində dünyaya yaddünyalılar düşür,könlünə kim yatdı götürüb aparır. Bir də görürsən, lap bir əcaib varlıq düşür dünyaya,başlayır adamları yeməyə. Bizim bu Əmrika da dünyaya hakimdi axı? Heylə şeyolarmı ki, bir dılğır yaddünyalının əlində girinc qalsın?

Eşit,inanma!

Bizim buƏmrika gözəlim xilaskar ordususunu yığır başına, əmr verir ki, bəs, əzin oyaddünyalıların əyri-üyrü başını, oyun uzun gözlərini.

Guyammışdünyada xilas olunası adam qalmayıb, ölkə qalmayıb. Bu soxhasoxda yaddünyalı qədeşlərdə bir yandan. Amma adamın üstündə uçan boşqab var, gərək haqqına girməyəsən.Bizim bu Əmrika qərdeş özünə dəqiq bir imic seçib:

Ənkə dövlətlərindünyayla problemləri bitib!

Bəli!

Onlar dahayerlə əlləşmirlər.

Day nəolasıdı ki? Vurublar ölkələri bir-birinə. Qoy bu ölkələr bir-biriləqırışmağında olsun, biz də göylə əlləşək. Aya adam göndərək, Marsda həyataxtaraq. Armstronq 1969-a ayaq basalı Amerika özünə çoxdan torpaq da seçibAyda. Bayraqlarını sancıblar oralara. Onlar ruslarla yarışa girməli idilər,başqa yolu yox idi. Bu iki ənkə dövlət raketlərinə sarıyıblar hamını.

Bizsə hələ dəÜzeyir, Damla, Şəbnəm kimi mövzulara takılıb qalmışıq.

Şərqdə ilkakademik musiqinin təməlini qoyan bir xalqın əlbət ki, bu bayağı sevdası,damlası, üzeyiri adamı incidir. Sizi əmin edirəm ki, Qarabağ da peyğəmbərin hədislərikimi getdikcə yeni nəsillərə o qədər səhih gəlməyəcək. Çünki ailə institutundaQarabağ sevgisi aşılanmır. Bircə onu bilirlər ki, hə, belə itkimiz var, vəssalam!

Sistem beləqurulub. Bizim kimi qulaq deşiyi boyda ölkələr də, hələ də seriallarda iki sevəncütlüyü necə ayırmaq olar mövzusunda qan eləyən rejissorlar yetişdiririk.Ayrıldığı sevgilisini ömür boyu "neprav" çıxaran şairlər doğuruq. Əvəzindəbizim şairlər göylə əlləşirlər.

Əminəm, birgün Marsa qədəm qoysaq, orda da torpağımızı işğal edən tapılacaq. Marsda da başımızı qatacaqlar. Şəhidlərimizlə şərəfləndirəcəyik Marsı. Vəssalam! BuƏmrikayla Uruslar orda da bizə imkan verməyəcək...

TƏQVİM / ARXİV