adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 May 2019 12:22
29553
DÜNYA
A- A+

Amerika İrana hücum etməyə hazırlaşır?

Keçən həftə təyyarə gəmisi USS Abraham Lincolnu Bəhreynə yollayan Tramp çox keçməmiş B-52 bombardıman təyyarələrini də Qətərə yolladı. Bundan əvvəl Pentaqon mümkün İran hücumlarına qarşı bölgədəki ölkələrə Patriot roketləri göndərəcəyini açıqlamış və Bəhreyn, BƏƏ-yə 6 milyard dollarlıq Patriot roketlərini satmışdı.

İranın qonşuluğunda yerləşən 11 ölkədə Amerikanın hərbi hissələri və təhlükəsizlik büroları var. İrandan İsrailə atılacaq roketləri əvvəlcədən görmək üçün Malatya Kürəcikdə yerləşən hərbi hissə çox böyük strateji əhəmiyyət daşıyır. ABŞ bu bölgədə baş verəcək bütün hadisələri isə İraqın işğalında olduğu kimi Qətərdəki hərbi hissələrindən nəzarətdə saxlayır.

Bəs ABŞ İrandan nə istəyir?

Axı İranın Amerikaya qarşı heç bir fəaliyyəti yoxdur. Axı İran ABŞ və Qərb liderlərinin istəyinə görə nüvə proqramından da imtina etdi.

Belə görünür ki, Trampın hakimiyyətə gələr-gəlməz İranı "problem”-ə çevirməsinin iki səbəbi var:

1. İsrailin təhlükəsizliyini sonsuzadək qorumaq

2. İranı Bəhanə edərək Körfəz ölkələrinə yüz milyardlarla dollarlıq silah satmaq.

Tramp hər fürsətdə "Sizi qoruduğumuz üçün pul ödəyəcəksiniz” kimi açıqlamalarıyla kral və əmirləri alçaldır.

"Qüds, Qolan və Qərbi Şeriyanın bir qismi İsrailindir” deyərək son bir həmlə ilə Fələstin davasını sonsuzadək bitirməyə çalışır, amma ilk olaraq İran və İranın dəstək verdiyi Suriya və Liviya Hizbullahını zərərsizləşdirməyə çalışır. Çünki qanlı Ərəb Baharı zamanı 60 mindən çox əsgəri ölən Suriya və Hizbullah dirəniş göstərdiyi müddətdə İsrail rahat nəfəs ala bilməyəcək. Yerdə qalan ərəb ölkələri ABŞ tərəfindən pulla alınıb, müqavimət göstərənləri isə bir üsulla yola gətirməyə çalışır. Aranı qızışdıraraq məqsədinə çatmağa çalışan Trampdan hər cür addımı gözləmək olar. Seçkilər zamanı rəqibi Hilari Klintona "İŞİD-i sən qurdun!” deməyini xatırlayın. Bütün bu baş verən hadisələr onu deməyə əsas verir ki, bu bölgədə nələrsə baş verəcək, müharibə çıxmasa da nələrsə baş verəcək.