adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 May 2019 11:02
10909
GÜNDƏM
A- A+

Poetik sözün adi sözdən fərqi - Etibar Əliyev yazır

Hermenevtika XX Əsrin fəlsəfəsinin görkəmli cərəyanlarından biridir. Fəlsəfənin bu aparıcı cərəyanının banilərindən biri Hans Qeorq Qadamerdir. Böyük filosofun "Fəlsəfə və poeziya" məqaləsində bir məqam diqqətimi çəkdi. Həmin məqalədən: "Valeri poetik sözü adi sözlərdən fərqləndirmək üçün ağıllı bir pritça düşündü. Gündəlik danışıq sözləri xırda pullara, yaxud kağız banknota bənzəyir, o mənada ki, onlar heç bir dəyər kəsb etmir. Əksinə poetik sözlər Birinci dünya müharibəsinə qədər işlənən məşhur köhnə qızıla bənzəyir və özlüyündə həmişə dəyər kəsb edir."

Həqiqətən də belədir. Birinci dünya müharibəsinə qədər və müharibədən sonra yüzlərlə kağız banknotlar yox olub gedib, lakin qızıl monetaların qiyməti isə artmaqda davam edir. Bizdə də bəzən ağıllı söz danışana "qızıl xırdalayır"-deyirik.

P.S. Qadamer Böyük fransız filosofu, şairi və publisisti Pol Valerini (1871-1945) nəzərdə tutur.