adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 May 2019 17:52
34947
İQTİSADİYYAT
A- A+

Azərbaycan dünyanın ən böyük limanına aviasiya yanacağı satacaq

SOCAR İstanbulun yeni hava limanına aviasiya yanacağının tədarük olunmasına başlayıb.

Bunu "SOCAR Turkey” şirkətindən bildiriblər.

Şirkətdən deyiblər ki, yanvar ayından, həmçinin STAR neft emalı zavodu "Petkim” neft-kimya kompleksinə nafta tədarükünə başlayıb.

Qeyd olunub ki, STAR zavodunda sınaq prosesləri başa çatıb və bütün qurğular istifadəyə verilib:

"Bu il STAR neft emalı zavodu 8 milyon ton xam neft emal edəcək. Zavod xam neftin müxtəlif növlərini emal edə bilər. Hazırda emal olunan xammalın böyük hissəsi Rusiyadan olan "Urals” növüdür”.

Xatırladaq ki, SOCAR İstanbulda yeni hava limanının aviasiya yanacağı ilə təmin olunması bağlı tenderin qalibi olub.

Şirkət tenderdə "SOCAR Aviation” markası ilə iştirak edib.(modern.az)