adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
11 May 2019 15:07
25723
KRİMİNAL
A- A+

Sabirabadda yorğana bükülmüş meyitin şəxsiyyəti müəyyənləşdi - Faktla bağlı bir nəfər saxlanılıb

Sabirabadda yorğana bükülmüş meyitlə bağlı bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, mayın 9-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə Şirvan şəhər sakini İlham Cəbiyevin işlədiyi Biləcəri qəsəbəsində yerləşən sərnişindaşıma şirkətindən çıxması və itkin düşməsi barədə müraciət olunub.

Mayın 10-da Sabirabad rayonunun Minbaşı kəndi ərazisində, Kür çayının sahilində yorğan üzünə və palaza bükülmüş vəziyyətdə meyit tapılması barədə DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olunub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gedib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla üzərində zorakılıq əlamətləri görünməyən meyitin Şirvan şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş İ.Cəbiyev olduğu müəyyən edilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyitin Şirvan şəhər sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma, quldurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Fariz Ağayev tərəfindən qeyd edilən əraziyə gətirilməsi müəyyən edilmib.

F.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

O, izahatında İ.Cəbiyevin mayın 8-də onun Abşeron gənclər şəhərciyindəki kirayədə yaşadığı evə gəlməsini və orada artıq miqdarda narkotik vasitə qəbul etməsindən ölməsini, mayın 10-na keçən gecə qohumuna məxsus "Mercedes” markalı avtomobildə meyiti qeyd edilən yerə aparmalarını bildirib.

Araşdırma aparılır.