adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 May 2019 13:53
7745
GÜNDƏM
A- A+

“Azərsun Holdinq” Ümumilli liderin xatirəsini silsilə tədbirlərlə andı

Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar "Azərsun Holdinq” hər il olduğu kimi silsilə tədbirlər keçirir. 

Ulu Öndərin ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, adıçəkilən Şirkətlər Qrupunun quruluşu və inkişafı üçün verdiyi dəstək daim "Azərsun” ailəsinin qəlbində yaşayır. Ümumilli liderimizin anım tədbirləri çərçivəsində Azərsun Holdinqin rəhbərliyi və kollektivi Ulu Öndərin məzarını ziyarət edərək, heykəli önünə əklil qoyub. Daha sonra "Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və görkəmli dövlət xadimi Əziz Əliyevin məzarlarını ziyarət edərək xatirələrini dərin ehtiramla yad edib. Ümummilli Liderin anım tədbirləri çərçivəsində şirkətlər qrupu tərəfindən ehtiyacı olan insanlar üçün müxtəlif sosial layihələr həyata keçirilib. 

Qeyd edək ki, "Azərsun Holdinq” tərəfindən Ulu Öndərin xatirəsinə həsr olunmuş anım tədbirləri davam edir.