“Neftçi” rəhbərliyindən cılız hərəkət - 1 manatlıq bileti 50 manata qaldırdılar
"Neftçi” Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 28-ci turunda bu gün "Bakcell Arena"da "Qarabağ”la keçiriləcək oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.
Adalet.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, bütün sektorlara bilet qiyməti 50 manat təşkil edir.
Paytaxt klubunun mövüm ərzində ev oyunlarında bilet qiyməti VİP yerlərə 5, digər sektorlarda isə 1 manat olub.
Bugünkü matçda qiymətin baha olması isə "Neftçi” rəhbərliyinin stadiona azarkeşlərin çox gəlməsini istəməməsidir.
Paytaxt klubu daha əvvəl "Qarabağ”la görüşün başqa stadionunda keçirilməsi üçün Peşəkar Futbol Liqasına müraciət edib. PFL-dən rədd cavabı alan "ağ-qaralar” çıxış yolunu bileti bahalaşdırmaqda görüb.
Xatırladaq ki, bu gün saat 18:00-da başlayacaq "Neftçi” – "Qarabağ” matçından sonra Ağdam klubu çempionluq kubokunu başı üzərinə qaldıracaq.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03