Azərbaycana güclü yağışlar yağdı – Ən çox yağıntı düşən RAYONLAR
Bu gün səhər ölkə ərazisində ən çox yağıntı Zaqatalaya düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, mayın 11-i səhər saat 08.00-a olan məlumata əsasən, respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub.
Ən çox düşən yağıntının miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib. Digər bölgələrdə 1.0-8.0 mm olub. Abşeron yarımadasında səhər saat 0.7 radələrində Zabratda, Binədə 0.4 mm, Maştağada 1.0 mm, Bakıda 3.0 mm yağış qeydə alınıb.
Bu gün gündüz əksər rayonlarda yağıntılar kəsiləcək.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16