adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 May 2019 16:31
8005
GÜNDƏM
A- A+

Nazirlər Kabinetindən dövlət qurumlarına tələb

Baş nazir Novruz Məmmədovun təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları bütün idarə və təşkilatalara, o cümlədən dövlət qurumlarına, nazirliklərə göndərilib.

Xidməti istifadə üçün nəzərdə tutulmuş normalara bu aydan etibarən riayət olunması tələbi qoyulub.

Nazirlər Kabineti tərəfindən daxil olmuş təlimatda bütün rəsmi məlumatların yayılması, eləcə də müxtəlif yazışmalarda Orfoqrafiya Normalarına riayət olunması tələb edilir.

Qeyd edək ki, Baş nazir Azərbaycan dilininOrfoqrafiya Normalarını təsdiqləyib.

Qərara əsasən yeni Normaların təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən "Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib.