adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 May 2019 16:29
8336
MƏMLƏKƏT
A- A+

Avtovağzalda sərnişinlərə pulsuz araba xidməti - FOTO

Bir neçə müddətdir fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla və pulsuz daşıya bilər.

Bunu Adalet.az-a Bakı Beynəlxalq Avtovağzalının mətbuat katibi Pərvin Məmmədova bildirib.

P.Məmədova sərnişinlərdən xahiş edib ki, arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün yerinə qoysunlar:

"Bu halda bütün sərnişinlər xidmətdən rahat şəkildə yararlana bilər. Bir daha qeyd edim ki, yüklərin daşınması üçün nəzərdə tutulan arabalar ödənişsizdir”.