adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 May 2019 16:11
18442
SİYASƏT
A- A+

Gürcüstanın baş naziri: “David Qareci məbədi ilə bağlı komissiya yaradılır”

Bu gündən David Qareci məbədi ilə bağlı komissiyanın yaradılmasına başlanıb.

Adalet.az-ın ONA-ya istinadən verdiyi məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, artıq razılaşma əldə olunub və komissiyanın yaradılmasına start verilib.

"Azərbaycan bizə dost ölkədir. Biz strateji tərəfdaşıq. Məsələ də bu ruhda həll ediləcək", - deyə baş nazir əlavə edib.

Komissiyanın Gürcüstan tərəfdən sədri bu ölkənin xarici işlər nazirinin müavini olacaq.