adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 May 2019 15:20
17528
SİYASƏT
A- A+

Parlamentin növbəti iclasının GÜNDƏLİYİ

Milli Məclisin növbəti plenar iclası mayın 17-də keçirilməsi nəzərdə tutulur. İclasın gündəliyinə 18 məsələ daxildir.

Bunu mətbuata açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

O bildirib ki, bir çox qanunlara dəyişiklik nəzərdə tutulub.

""Standartlaşdırma haqqında” qanun layihəsi 3-cü oxunuşdadır. Mülki Məcəllədə dəyişikliklər edilməsi də 3-cü oxunuşdadır. "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi, "Telekomnukasiya haqqında” qanuna dəyişiklik,

"Yeyinti məhsulları haqqında” və "Baytarlıq haqqında”, "Toxumçuluq haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi” haqqında, "Torpaq icarəsi haqqında” və "Qeyri-dövlət müəssisə fəaliyyəti haqqında” qanunlara dəyişiklik nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsi, "Hesablama Palatası” haqqında qanuna dəyişiklik, "Mərkəzi Bank haqqında”, "Təhsil haqqında” qanunlara dəyişiklik nəzərdə tutulur”