Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu

ƏBÜLFƏT MƏDƏTOĞLU
54364 | 2019-05-11 10:09

(Əvvəliötən sayımızda)

Bu daTrabzon... Türk qardaşlarımın dediyi kimi, şəhərin iç və dış istiqamətdə hərəkətedən avtobuslarının dayandığı məkan. Yol çantamı götürüb avtobusa minirəm...Doğrusunu deyim ki, bura qədər olan səfərdə "Metro” şirkətinin heç də xoş xatirəolmayan xidməti ürəyimin bir küncündəilişib qaldı. Özümə söz verdim ki, bir daha "Metro”ya üz tutmayacam,dost-tanışa da tövsiyə edəcəm ki, o səmtə yön çevirməsinlər. Nə isə...

Avtovağzaldaməni gözləyən can dostum, qardaşım Əhməd Varolla bir-birimizə sarılırıq. Yəqinbilirsiniz də, Türkiyədə dostlar görüşəndə alınlarını bir-birinə toxundururlar.Amma biz həm alınlarımızı toxundurduq, həm də bir-birimizə sarılıb ürəklərimizigörüşdürdük.Yaddaşdan iti olan oxucularım, dostlarım bilirlər ki, Əhməd Varol mənimnəzərimdə Yer üzündəki mələklərdən biridir. Bu İNSAN qədər diqqətcil, həssas,qayğıkeş, həm də sözün bütün mənalarında insanın iç dünyasını görə bilən başqabir kimsəni tanımıram. O, doğulduğu torpağı sevdiyi kimi, ailəsini sevdiyi kimidostlarını da sevir. Heç vaxt onlara nəinsəfikrini, qayğısını çəkmək, nəyinsə narahatlığını yaşamaq imkanı verməyək. Dilintərpənməmiş nə deyəcəyini anlayır. Və bir də elə bir mühit yaradır ki,sıxılmırsan, onun qayğısından narahatlıq hissi keçirmirsən. Bax, bu mənada mən Əhməd qardaşımdan həm Bakıda, həm Trabzondamüxtəlif tədbirlərdə keçirdiyim, həm də ailəvi görüşlərdə yaşadığım anlarıömrümün Qızıl Günləri sayıram. Hətta hər görüşümüzdən sonra misralara çevrilənduyğularım belə içimi rahatlamır. Ona görəki, mən Əhməd əfəndimlə yaşanan anlarınbütün çalarlarını hələki ifadə edə bilməmişəm. İndi də onun səhərin buşehli çağında üz-üzə dayanıb hal-əhval etdiyim anda könlümdən keçən misralarınkağıza köçürülməsi anını da bir növü yaddaş kartına atıram.

Trabzonda

Universitetməhəlləsində

ƏhmədVarolun

Muxtarlığında

yazınoğlan çağında

əyləşmək,

çay içmək

və şirinsöhbətdə

etirafetmək

qardaşlığımızın

Allahdannəsib olduğunu! –

necə dəgözəldi

deyirəmbu gün

budostluq, bu qardaşlıq

anlayanüçün...

Üz-üzəoturmuşuq. Şamxal zümzümə edir, mən isə bilgisayara diqtə. Qəribədir ki, onunzüm-zümə etdiyi mahnı da indiki anda ruhuma uyğun gəlir. Çünki o da itirilənanların, qədrini bilmədiyimiz zamanın notlarını vurğulayır. Mən də onun dediyinəşərik olaraq "ömrü çiçək qədər olan” sevgilərin, istəklərin acısını unudabilmirəm. Qarabağlı günlərimi, orada yaşadıqlarımı və o torpağın indi müsafiriolduğum şəhərin bənzəri olması məni haldan-hala salır. Bunu yaxşı bilən Əhmədqardaşım da məni kövrək duyğuların əlindənalmaq üçün mövzunu dəyişir. Bildirir ki, gəl gedək "Sahil testləri”nə. Səninüçün orada yer tutmuşam. Dənizin sahilində bir az yolun yorğunluğunu canındançıxar. Özünü gümrah hiss edəndə mənətelefon aç, gəlim birlikdə qəlyanaltı edək.


... Belədə edirik. O məni universitetin nəzdində olan həmin ünvana gətirir. Bir neçə dəfəo ünvanı gəzib-dolaşmışam. Qara dənizin ləpədöyənində, yaşıllıqlar içərisindədisahil testləri. Dənizdə qabarmalar olandaləpələr az qalır ki, binanın pəncərələrinə gəlib toxunsun. Saatlarlaoturub burda dənizi dinləmişəm. Suya düşən iynəni də görmək mümkün olan bu ərazidəbir tullantıya, bir çöpə də rast gəlmək mümkün deyil. Ləpələr o qədər həzin vədiqqətçəkən olur ki, hər dəfə sahildən üzü geri qayıdanda mənim gözümü də,özümü də özüylə aparır. Hərdən içimdə qısqanclıq hissi də baş qaldırır. Özümü,öz ətrafımdakıları qınayıram, şəhərini, dənizini sevən trabzonlularla müqayisədə.Bu insanlar necə də vurğundular torpaqlarına, dənizlərinə. Və bu vurğunluq da təbiidi,görüntü deyil. Mən də bu vurğunluqdan ilhamlanıb vərəqlərə pıçıldamışdım.

Trabzonda

adamlar

Qara dənizkimi

üzdəsakit

içdəçılğın...

Baxışlardupduru –

aydın

məhəbbət

və nifrət

ortada...

Burada

hər şey

necəyaranıbsa

elə

olduğukimidir

heç nə deyililğım...

Trabzonda

adamlarvə

Qara dəniz
çılğındı

vallah,çılğın!

Əhməd bəyməni "Sahil testləri”ndə ayarladığı odada qoyub gedəndən sonra əl-üzümə birovuc göz yaşından duru su çırpıb dənizin sahilinə enirəm. Hər dəfə bu şəhərdəolanda əyləşdiyim qayanın üstünı çıxıram. Necə deyərlər, öz yerimdə "otururm”.Buradan dəniz də gözəl görünür, elə şəhər də. Burada özünü həm dənizin içərisindəhiss edirsən, həm də sənə qucaq açan şəhərdə...


Dənizəbaxıram. Səhərin bu çağında balıqçı qayıqları artıq dənizdə öz lövbərlərinisalıblar. Onlar dənizin ortasında ovuc içi boyda görünürlər... Budur, "Sahiltestləri”ndə çalışanlar... burada müsafir olanlar bir-bir görünməyəbaşlayırlar. Mənə bir nəfər yaxınlaşır. Barmaqlarının arasında közərən siqaretindiki məqamda mənə o qədər də xoş gəlmir. Özüm siqaret çəkən olsam da, Qara dənizin,Trabzonun sübh havası canıma, ürəyimə elə yayılır ki, onu siqaretləuyğunlaşdıra bilmirəm. Yaxınlaşan insan şirin türk ləhcəsində "günaydın, əfəndim”söyləyir. Hiss edirəm ki, söhbət etmək marağındadı. Ona görə mən də həvəslə onusalamlayıram. Bir-birimizi kifayət qədər anladığıımızdan rahatca söhbətləşirik.Öyrənirəm ki, Kıprızdan gəlmiş nümayəndə heyətinin rəhbəridi. Trabzonda keçiriləntədbir üçün təşrif gətiriblər. Dediyinə görə, o, şəhər Bələdiyyə başqanıdı.Onunla birlikdə həm Bələdiyyə İdarə Heyətininiki üzvü, həm də üç muxtarlığın sədri trabzona gəlib. Bir azdan həmsöhbətolduğum kıprızlı tanışımın dostları da sahiləgəlir. Onlarla da tanış olub mövzunu bir az da genişləndiririk. Təbiiki, mövzu Kıprız Türk Cümhuriyyətinin və bir də bizim Qarabağımızın problemləridi.Bu söhbətdə Türkiyədə keçirilən bələdiyyə seçkiləri də bir xətt kimi keçdi.Onlar da narahatlıqlarını ifadə etdilər. Və onu da vurğuladılar ki, bu, Türkiyənindaxili işi olsa da, amma bir qardaş, bir millət olaraq Türkiyənin uğurlarınıdaha çox arzu edirik, daha çox istəyirik.


Kıprızlıqonaqlar məni səhər çayına dəvət edirlər. Məmnuniyyətlə qəbul edirəm. Həm söhbətimizinmaraqlı olması səbəbindən, həm də yolunyorğunluğunu daha tez canımdan çıxarmaq üçün onlara qoşuluram...

Birazdan Əhməd bəyin telefonundan zəng gəlir. Telefonu açan kimi:

- Abi,bilirəm ki, uyumamısan. Qapıya çıx gəlirəm, gedək səhər yeməyi yeyək...

Doğrudanda Trabzonda olanda nələr keçirdiyimi, vaxtımı daha çox görməyə, gəzməyə sərfetdiyim Əhməd qardaşım iki dəqiqədən sonra "Sahil testləri”nə gəldi. Anladımki, o elə yolda mənə telefon açıbmış. Mən də kıprızlı tanışlara üzrxahlıq edibonunla birlikdə səhər süfrəsi arxasında əyləşirəm. Çay içə-içə uşaqlardan, nəvələrdən,özümüzdən danışırıq. Bu arada Əhməd qardaşımın telefonuna zəng gəlir. Qəbulundaolacağım kardioloqun adından zəng vurub bildirirlər ki, həkim bu gün məni qəbuledə bilməyəcək, hüzrləri düşübdü. Ona görə vaxtı dəyişməyə məcburdular...


Bu xəbərmənim bir balaca "kefimə soğan doğrasa da” amma dostum sanki Trabzonda bir azda artıq qalacağıma sevindi. Səsinin tempindən hiss etdim ki, o, bu gözəlünvanı, bu gözəl şəhəri, onun çevrəsini mənə təqdim etməkdən ləzzət alır. Və hərdəfə də məni yeni ünvanlara aparıb həminyerlərin ziyarətçisi edəndə içimdən bir məmnunluq hissi keçir. Bax, bu dəfə dəqardaşım Əhməd Varol:

- Abi,heç üzülmə, çıxıb dolaşarıq, şəhərdə təzə nələr olduğunu göstərərm sənə. Camidədostlarımla çay içərsən, sonra köşkə qalxarıq. Daha sonra da ürəyin necə istəsə,o cür də işimizi qurarıq – dedi.


Bəli,yemək süfrəsindən qalxıb sahilə düşürük. Bir az dolaşandan sonra Əhməd bəyinmaşınıyla öncə onun iş yerinə, yəni muxtarlığa gəlirik. Burada fürsətdənistifadə edib internetdən yararlanıram. Təbiiki, mənim üçün ən maraqlı olanlardan biri internet vasitəsilə "Ədalət”inşah damarı olan Şamxal bəylə əlaqəqururam. Bir-birimizə sayqı və sevgiylə bilgilər veririk. Şamxal bəy ərklədeyir ki, "özünüzdən muğayat olun, mütləq həkimin qəbuluna düşün!”...


... Əhmədbəyin maşınıyla Trabzonun Universitet məhəlləsinin çox möhtəşəm məkanlarındanbiri olan Qocatəpə camisinə gəlirik. Mənim gözlərimin önündə tikilib başaçatmış, yəni özülü qoyulan gündən açılışı olan zamana qədər hər səfərimdəgörüb, ziyarət edib bilgiləndiyim bu caminin hocası da, burada namaz qılanlarınəksəriyyəti də artıq köhnə tanışlarıma çevrilib. Xüsusilə bu camini idarə edənhocam İbrahim Məzlum mənim üçün dünyanın pak adamları sırasında birinci yerdədayanır. Onu dinə bağlılığı fanatik yox, ilahi bir sevgidir. O, işiniAllahımıza, Peyğəmbərimizə bütün varlığndan süzülüb gələn sevgiylə gerçəkləşdirir...

(ardı var)

TƏQVİM / ARXİV