adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 May 2019 14:52
15135
ƏDƏBİYYAT
A- A+

«XOŞ GƏLDİN ÖMRÜMƏ, 60 YAŞIM!»



Hər kəsin dünyada ömür payına
Gah sevinmək düşür, gah gülmək düşür.
Bu gün ad günündür, ağ üzlü adam,
Sənin ad gününə mübarək düşür

Məmməd Tahir.

ÖN SÖZ:TƏZƏ BİR NƏĞMƏNİN SORAĞINDA

Təzə bir nəğmə eşitmək istəyirsənmi, oxuju! Bu nəğmənin misralarına və ahənginə əziz tutduğumuz, müqəddəs sandığımız müəllim-curnalist əməyinin ətri hopubdur. Bu nəğmənin nəqaratı dünyanın injisi, gözəlliklər diyarı, Ordubadın qiymətli sərvətlərindən sayılan sarı limonunun ətri kimi qəlboxşayan, fikirləri mavi səma kimi aydın, sözləri şipşirindi. Bu nəğmənin bəstəkarı həyat, oxuyanı el-oba, vəsf olunanı isə ömrünün 60-jı baharına çatan müəllim-curnalist Muxtar Məmmədovdur.
Bir insan ömründən danışmaq istəyirəm. Bu ömür bir vaxtlar Günəş olub fidan balalarımızın yollarına nur ələyib, saf və müqəddəs müəllim ömrü yaşayıbdır.
Bir insanın ömür kitabını vərəqləyirəm. Bu kitabın hər səhifəsinə xoş əməllər, xeyirxah işlər, müdrik sözlər yazılıbdır.
Bir insanın sevdiyi peşəsinə məhəbbət hisslərinin güjündən söz açmaq istəyirəm...

* * *
Muxtar Məmməd oğlu Məmmədov 60 il bundan əvvəl - 1959-ju ildə Ordubad rayonunun Aza kəndində ziyalı ailəsində dünyaya göz açıb. Atası Məmməd müəllim dövrünün ən tanınmış pedaqoqlarından olub. Hələ orta məktəb illərində dilimizə və ədəbiyyata olan marağı Muxtar Məmmədovu Naxçıvan Dövlət Pedaqoci İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) ali təhsil almağa sövq edib. İmtahanları uğurla verib ali məktəbə qəbul olub və tələbəlik illərini şərəflə başa vuraraq müəllimlik fəaliyyətinə başlayıb.Mən Muxtarla tələbəlik illərindən tanış olmuşam, onu çalışqan tələbə kimi görmüşəm, gələcəkdə yaradıcı müəllim olacağına inanmışam.
Müəllim! Boyumuz partaya çatmayanda boylarından boy veriblər boyumuza. Əlimiz qələm tutmayanda ürəklərindən güc, hərarət veriblər əllərimizə. Dünyanın ən zəngin lüğət fondunu köçürüblər dilimizə, hafizəmizə!
Müəllim! Bu ad Muxtar Məmmədov üçün gənj nəslin mənəvi aləminin memarı, jəmiyyətin etibar etdiyi şəxs olub. Xalq ən əziz, ən qiymətli sərvətini -- uşaqlarını, öz ümidini-pənahını, gələjək varlığını Muxtar müəllimə və onun müəllim yoldaşlarına etibar etmişdir.
O, 1976-jı ildən 2002-ji ilin iyun ayınadək Ordubad rayonunun Aza və Azadkənd məktəblərində Azərbayjan dili və ədəbiyyatı müəllimi, tərbiyə işləri üzrə direktor müavini, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində işləyib.
Muxtar Məmmədov müəllimlik həyatını daim yaradıjılıq, yorulmadan düşünüb-danışmaq, qəlb genişliyi, uşaqlara məhəbbət, işdə hədsiz sədaqət şəraitində keçirib. Bunun nətijəsidir ki, böyüməkdə olan nəsillərin tərbiyəsi sahəsində öz fədakar, jəfakeş əməyi ilə xalqın dərin hörmətini qazandığı üçün 1996-jı ildə keçirilən müəllimlərin attestasiyasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi kollegiyasının qərarı ilə Muxtar Məmmədova «Ali kateqoriyalı müəllim» adı verilib.Bu saf və müqəddəs müəllim ömrü yaşayanlara göstərilən böyük etimaddır.

MƏTBUATA BAĞLI ÖMÜR

Muxtar müəllim işlədiyi illərdə mətbuatla da sıx bağlı olub, onlarla müxtəlif mövzulu yazıları qəzet və curnallarda dərj edilib. Bu sənətə olan marağını nəzərə alıb 2002-ji ildə onu «Şərq qapısı» qəzetinə işə dəvət edirlər. Çətin və şərəfli curnalist peşəsinə qəlbən bağlı olan Muxtar müəllim 17 ildir ki, «Şərq qapısı» qəzetində çalışır və bu gün bu mötəbər qəzetin məsul katibidir.

İşə başladığı ilk günlərdən «Şərq qapısı» qəzetində Muxtar Məmmədov publisist yazıları ilə diqqəti jəlb etdi və bu da ona Naxçıvanda yaşlı nəsil publisistlərinin sonunju nümayəndəsi kimi ad qazandırdı. Publisistika jəmiyyətdə ijtimai fikrin formalaşmasında çox fəal rol oynayan curnalistikanın ayrılmaz tərkib hissəsi olduğundan Muxtar müəllim bir çox uğurlu yazılara imza atıb. "Şam ömrünün nağılı” kitabından sonra «Əjəmi» Nəşriyyat və Poliqrafiya Birliyində 2018-ji ildə çap etdirdiyi «Mənim Naxçıvan dünyam» adlı ikinci kitabında toplanan «Müsahibələr», «Bir-birinə bənzəməyən həyat yolları», «Sərbəst», «Esselər», «Stolüstü kitablarım», «Gəzdiyim yurd yerləri» bölmələrindəki yazılarda müstəqil dövlətçiliyimizə sədaqət, milli-mənəvi dəyərlərin qorunması ana xətti təşkil edir
Curnalistikada ən çətin və məsuliyyətli canrlardan biri də müsahibədir. Bir çox qələm sahibləri bu canrda yazsalar da, uğur qazana bilməyiblər. Anjaq Muxtar Məmmədov «Heydər Əliyev mübarizliyi xalqımızı düşdüyü bəlalardan qurtardı», «Vətən, dövlət, milət ən böyük milli dəyərlərimizdəndir», «Naxçıvanın bugünkü inkişaf və tərəqqisi hər bir azərbayjanlının qürur mənbəyidir», «Naxçıvan ölkənin digər regionalarına bir nümunədir», «Bu yurdun gözəlliyi heç bir bölgə ilə müqayisə olunmaz» adlı müsahibələrində yaradıjılığına xas olan tərzdə fikirlərini ifadə etmiş və oxujuların ixtiyarına vermişdir.

Həyatda biri-birinə oxşayan insanlar olmadığı kimi, bir-birinə bənzəyən həyat yolları da yoxdur. Muxtar Məmmədovun yaradıjılığının məhsulları olan oçerkləri də biri-birinin təkrarı deyil. Curnalist dostlarının hər birinə xas olan xüsusiyətlərini ön plana çəkməklə onların zəhmətdən yoğurulmuş portiretlərini öz qələmi ilə yaratmışdır.

Şərur rayon İcra Hakimiyyətinin orqanı olan «Şərurun səsi» qəzetinin redaktoru, Azərbayjan Respublikasının Əməkdar curnalisti Elman Məmmədovun ad gününə yazdığı «Mətbuatda keçən ömür», «Şərq qapısı» qəzetinin uzun illər baş redaktoru və Azərbayjan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, Əməkdar mədəniyyət işçisi Səxavət Kəngərlinin ömür yoluna həsr etdiyi «Ömrünün mənasını mətbuatda tapan curnalist», Azərbayjan Respublikasının Əməkdar curnalisti, Azərbayjan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nurəddin Babayev barədə çap etdirdiyi «Ağsaqqal curnalistlə yarım saatlıq söhbət» kimi oçerklərin dili aydın və şirin, gətirilən faktlar düzgün və maraqlıdır. Bu kimi yazıları oxuyan oxuju həm daxili dünyası işıqlandırılan «qəhrəmanı», həm də daxili dünyanı işıqlandıran müəllifi görür.

Muxtar Məmmədovun «Mənim Naxçıvan dünyam» adlı kitabında, qəzet və curnal səhifələrində dərj olunan esseləri ona görə sevilə-sevilə oxunur ki, bu bədii nümunələrdə həm informasiya var, həm də bədii yanaşma. «Başını uja tut, Azərbayjan», «Böyük ana haqqında düşünjələr», «Xojalı, ay Xojalı», «Özgə bir payızdır, bu gələn payız», «Müdhiş gejə haqqında düşünjələr» kimi esseləri həyəjansız oxumaq olmur.

Muxtar Məmmdovun canrından asılı olmayaraq yazdığı yazılar iş otağında ərsəyə gəlmir. Bu yazılar qarış-qarış gəzdiyi yurd yerlərində qələmə alınır. «Dünəndən bu günə gələn yolda muxtariyyət illərimiz» məqaləsi Ordubad rayonundan, «Böyük şəxsiyyətlərin vətəni: Şahtaxtı» Kəngərli rayonunun Şahtaxtı kəndindən, «Güllələr açılan yerdə güllər açılır bu gün» Sədərək rayonundan, «Dağlar qoynundan dünyaya boylanan Boyəhməd» Julfa rayonunun eyni adlı kəndindən, «Bu yol Ağbulağa gedir» Şahbuz rayonunun Ağbulaq kəndindən, «Yayjı: mərdlik, vətənpərvərlik və qəhrəmanlıq nümunəsi» Julfa rayonunun Yayjı kəndindən, «Məqsəd təhsilli və vətənpərvər gənjlər yetişdirməkdir» Şərur rayonunun Kürçülü kəndindən, «Ulu öndərin adına layiq uğurlar qazanan təhsil ojağı» Naxçıvan şəhərindən yazılmışdır. Ümumiyyətlə, muxtar respublikamızın elə bir guşəsi yoxdur ki, Muxtar Məmmədov orada olmasın və gördüklərini curnalist qələmi ilə işıqlandırmasın. O, muxtar respublikada yaşayan, ədəbiyyat, injəsənət və mədəniyyət sahəsində çalışan yaradıjı adamların müəlllifləri olduqları kitablar, almanaxlar, toplular haqqında öz rəyini bildirir, oxujulara təqdim edir. Muxtar müəllim imzası ilə keçirilən yaradıjılıq gejələri, kitab müzakirələri, müsabiqələr «Şərq qapısı» qəzetində yer alır. Bir sözlə, muxtar respublikada həyata keçirilən hər bir iş Muxtar Məmmədovun curnalist qələmi ilə səlnaməyə çevrilir.

MUXTAR MƏMMƏDOV: «İLLƏR, SİZDƏ NƏYİM QALDI?!»

...İllər, sizdə nəyim qaldı: Birinizdə iməkləyəndə əllərimin izləri, birinizdə ilk addımlarımın ləpirləri;
Birinizdə ayna gözlü bulaqlardan su içəndə dodaq izlərim, birinizdə dağların gədiklərində açdığım jığırlar.

Orta məktəb dünyamdan şirin-şirin xatirələr, şagird hörməti, müəllim məhəbbəti qalıb sizdə. Sizdə SSRİ deyilən bir dövlətin uzaq guşəsində vətəndaşlıq borjumu vermişəm, boya-başa çatdığım kənd adamlarının mənə göstərdikləri etimadı doğrultmuşam. Birinizdə qəlbən inanmışam ki, dünyada ən müqəddəs peşə müəllimlikdir. Və bu peşənin arxasınja getmişəm, müəllimkimi çalışmışam, gül balaların təlim-tərbiyəsi ilə məşğul olmuşam.

2002-ci ildə məni «Şərq qapısı» qəzetinə işə dəvət edəndə Aza kəndindən Naxçıvan şəhərinə köçdüm. İllər boyu şəhərin müxtəlif məhəllərindəki evlərdə kirayə yaşadım.

İllərin birində -- doğma «Şərq qapısı» qəzəetinin 2011-ji ilin noyabr ayında 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunanda Naxçıvan Muxtar Respublikası Ali Məjlisinin Sədri çıxışının sonunda, «Səmərəli fəaliyyəti nəzərə alınaraq «Şərq qapısı» qəzetinin məsul katibi Muxtar Məmməd oğlu Məmmədova ikiotaqlı mənzil hədiyyə olunur», söyləməsi həyatımın heç vaxt yaddan çıxmayajaq ən gözəl anına çevrildi.

Yenə də ayağı sayalı illərin birində -- 2015-ji ilin iyul ayının 15-də Azərbayjan Respublikası Prezidentinin Sərənjamı ilə «Tərəqqi» medalına layiq görüldüm. Bu təltif mənim illər uzunu mətbuat sahəsində çəkdiyim zəhmətə verilən qiymətdir.

Və ötən il -- 2018-ji ildə qələm dostlarım, tanınmış curalistlər Hüseyn Əsgərovun və Sara xanım Əzimovanın məsləhəti ilə seçmə yazılarımdan ibarət «Mənim Naxçıvan dünyam» adlı kitabımı oxujularıma təqdim etdim. Ona görə bu kitabı hazırladım ki, yazdıqlarım kitab şəklində övladlarımın, nəvələrimin, dostlarımın, oxujularımın, qəhrəmanımın pərəstişkarlarının rəflərində yer tapsın, onların həmişə xatırlanan kitabı olsun.

Budur 60 illik ömrüm! Xoş gəldin ömrümə, 60 yaşım!...
Bunlar şərəfli ömür yaşayan bir insanın özü qarşısında özünə verdiyi hesabatıdır.

SON SÖZ: «QƏLƏBƏ REPORTACLARINI OXUYAQ»

Ömrünün oturuşmuş çağına çatan Muxtar Məmmədov məsul katib vəzifəsində çalışdığı "Şərq qapısı” qəzetinin hər bir sayının məzmunlu və zövqlü çıxmasına səy göstərir. O, bir kollektivdə çalışdıqları gənc jurnalistlərdən köməyini əsirgəmir. Onların öz sənətlərinə məhəbbətlərini artırır, gələcəyin ən yaxşı yazarları olmalarına zəmin yaradır.

"Şərq qapısı” qəzetinin rəhbərliyi Muxtar Məmmədovun əməyini həmişə yüksək qiymətləndirir, onun fəaliyyətindən razılıq edirlər.

Biz də qələm dostumuz Muxtar Məmmədovu ömrünün müdrik çağına -- 60 yaşına çatması münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı, ailə xoşbəxtliyi arzulayırıq. Qoy Muxtar Məmmədovun imzası ilə Odlar Yurdu Azərbaycanımızdan, onun ən qədim və ayrılmaz hissəsi olan doğma Qabağbağdan qələbə reportajlı yazılar dərc edilsin və bu reportajlar qələbə müjdəçisi olsunlar.

İbrahim YUSİFOĞLU,
Azərbayjan Yazıçılar və Curnalistlər birliklərinin üzvü, Prezident mükafatçısı.