Faiq QİSMƏTOĞLU: BİZ NƏ QAYIRAQ Kİ...

FAİQ QİSMƏTOĞLU
44978 | 2019-05-10 14:50

... Başqamillətlər bir də görürsən ki, nəsə qayırdılar və qayırdıqları zad da dünyada bəh-bəhləqarşılandı. Onlar belə zadları qayırmaqda çox pərkardılar. Ona görə pərkardılarki, avropalılar, amerikalılar bilirlər nə qayırmaq lazımdı və onu da necəbaşqalarına ötürmək olar? Bu zadlar ki, var çox qəliz, həm də xeyir gətirənşeydi...

Heç dəavropalılar və amerikalılar hər zadı asanlıqla əldə eləmirlər. Onların bizdən fərqiodur ki, oturub səhərə qədər bizim kimi millətin irəlidə olan adamlarınımüzakirə eləmirlər, qeybətini qırmırlar. Çox qəribədir ey, görəsən, buavropalılar biz tərəflərə gəlib çıxmayıblarmı? Çıxıblar, niyə çıxmayıblar? Ammaonlar bizdən fərqli olaraq bizim yaxşı şeylərimizi götürürlər.

Bir dəfəbir avropalı gəlib metroya minəndə görür ki, bizim cavanlar qocalara, uşaqlara,qadınlara yer verirlər. Onun da gözü kəlləsinə çıxır və gedib öz məmləkətindədeyir ki, mən Bakıda oldum, bizdə olmayan mədəniyyət gördüm. Gördüm ki,insanlar özlərindən yaşlı adamlara yer verirlər...

... Vəbu avropalı da öz ölkəsinə gedəndən sonra yaşlılara yer verir. Biz isəavropalıların ən düşük, ən axmaq hərəkətlərini göydə qapırıq. Məsələn,avropalılar ötən əsrin 70-ci illərindəsinəsi açıq gəziblər, bizim xanımlar isə indi lüt soyunub gəzirlər. Bunu dabizimkilər görəndə gözləri kəlləsinə çıxır. Gözlərini sinəsi açıq xanıma zilləyibelə baxır ki, o xanım da əsəbləşir və dişinin dibindən çıxanı oğlana deyir.Oğlan köpəkoğlu neyləsin? Görür ki, qız dediyimiz bu məxluqun hər tərəfi açıqdıvə hər tərəfi açıq olana baxmasa ürəyi partlayar. Qız ona "kaştan” desə də, heçoğlanın vecinə də deyil...

İstanbuldabir neçə dəfə olmuşam, vallah, onlar bizim kimi soyunub gəzmirlər. Ən yaxşıhalda hansısa əcnəbi qadın şortik və sinəsi açıq görünə bilər, ona da heç kəsbaşını qaldırıb baxmır. Bizdəkilər isə belə sinəsi açıq qadınları gözləri ilə "yeyirlər”.

Bizavropalıların yaxşı zadlarını heç cürə öyrənmək istəmirik. Məsələn, biz öyrənməkistəmirik ki, avropalılar pul verib heç vaxt diplom alımırlar və vəzifəyəkeçmirlər. Onlar elm dalınca gedirlər, nəinki öz ölkələrində, hətta dahainkişaf etmiş məmləkətə üz tuturlar. Oxuyub, öyrənib vətəninə qayıdırlar. Taybizimkilər kimi Londonda, Parisdə, orda-burda vaxt keçirib kef eləyib ölkəyədönmürlər.

... Birimkanlı tanışım var. Oğlunu Londonda oxumağa göndərmişdi. O uşaq da oxumaq əvəzinəgedib orda pis-pis şeylər öyrəndi, axırda da Seyid Əzim Şirvanininsatirasındakı "Mücttəhidin təhsildən qayıtması” kimi bir günə düşdü. Yəni dədəsininpullarını havaya sovurdu, barlarda, restoranlarda kef çəkdi, axırda da avarabir uşaq kimi qayıdıb gəldi. Dədəsi də gördü ki, uşağın avaralığı bir yana, həmdə narkomandı, kişinin fikir-xəyaldan ürəyi partladı.

Bəs biznağayraq ki, avropalılar kimi irəli gedək? Bax, bu sual çox qəliz və mürəkkəbbir sualdır. Çünki bu sualı millətə XX əsrin əvvəllərində Mirzə Cəlil də verib,Üzeyir Hacıbəyov da, Əbdürrəhim bəy Haqverdiyev də. Sualın cavabı isə heç vaxtmillət tərəfindən verilməyib. Yəni millətin başı qarışıb cinə, şeytana, alverə-malverə,elm və oxumaq yaddan çıxıb. Bir-iki elm dalınca gedib oxuyan olubsa da, onlarıda qayıdanda cahillər və nadanlar hoydu-hoyduya salıblar. Və hoydu-hoyduya düşəno savadlı, ziyalı adamlar görüblər ki, bu məmləkətdə onlara yer yoxdu, dönüblərgəldikləri yerə. Elə gəldikləri yerdə də "vətən, vətən” deyə-deyə ürəkləripartlayıb.

Heç indidə "vətən” deyənləri bu vətəndə bir o qədər sevmirlər. Çünki istedadlını,savadlını və millətin yolunda şam kimi əriyən adamları yüksək vəzifədə oturan şəxslərgörmək istəmirlər. Niyə görmək istəmilər, bu bəllidir. Çünki savadsız, cahil vənadan vəzifə sahibi o istedada necə qiymət verə bilər? Gərək özünün savadın,elmin, təhsilin olsun ki, o bilikli adama dəyər verə biləsən.

Ermənilərdə, gürcülər də öz millətinin savadlıadamlarını daha çox irəli çəkirlər. Bizdə isə əksinədir. Arxan varsa, kiminsəyerlisisənsə, sənə zaval yoxdur. İstədiyin kürsüyə gedib çıxa biləcəksən. Başqamillətlərdə yuxarı qalxmaq üçün elm və savad tələb olunur, bizdə isə arxa vəkiminsə yerlisi olmaq!..

Hələ ki,papağını qoruyub bir fikirləşən yoxdur ki, ay bala, bəs biz niyə bu gündəyik?Elə torpaqlarımız da, evimiz də, eşiyimiz də çox vaxt bizim zəifliyimizdən vəacizliyimizdən əlimizdən alınıb. Başqa millətin bir qarış torpağını əlindənalsan, dünyanı dağıdar. Bizim o boyda torpaqlarımız gedib, altıda alımımızyoxdu, beşdə verimimiz; hər gün televiziya kanallarında toy-bayramdı,kef-damaqdı! Heç elə bil ki, 20 faiz torpağını itirən biz deyilik ey! Adə,qoyma gəldi ha, vur çatlasın, çal oynasın!!!

İndi dəgürcülər deyir ki, bəs filan kilsə bizimdi, oranı verin bizə. Yoxsa aləmibir-birinə qarışdırarıq. Bizim də siyasətçilər başının altına yastıq qoyub hələki, yatıblar. Yəqin oyanarlar, inşallah! Amma qorxuruq onlar oyanana qədərbizim başımıza ikinci Qarabağ hadisəsi gələ!

Biz onagörə irəli gedə bilmirik ki, başımız bir-birimizlə söyüşməyə, vuruşmağaqarışıb. İqtidar müxalifəti söyür, müxalifət də iqtidarı. İşlərimiz isə get-gedədüyünə düşür. Biz ona görə irəli gedə bilmirik ki, başımıza gələn faciələrdən nəticəçıxarmırıq. İçimizdə şipyon axtarırıq. Şipyon da kim çıxacaq bilinmir. İndi nəzad qayıraq ki, biz irəli gedək! Qoy bunun barədə başbilənlər düşünsünlər...


TƏQVİM / ARXİV