adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 May 2019 12:51
7726
GÜNDƏM
A- A+

Alman əsirinin gündəliyindən - Xan Heydərov yazır

ll Dünya Müharibəsindən sonra Mingəçevir tərəfdə əsirlikdə olan alman əsirinin gündəliyindən: "Biz səhər tezdən Kürün o tərəfinə işə gedirik. Yol boyunca qadınlar, kişilər əllərində bel pambıq tarlasında işləyirlər. Biz nahara qayıdanda onları yenə işləyən görürük. Naharımız 1 saat çəkir. Yenidən işə qayıdırıq. Onlar yenə tarladadırlar. Axşam 7-də işdən qayıdanda həmin adamları yenə də tarlada işləyən görürük. Mən bizim komendatdan soruşmağa cəsarət etmədim. Amma hələ də özümə qaranlıqdır: görəsən bunlar hansı dövlətin əsirləridir ki, onlara heç dincəlməyə də imkan vermirlər. Demək, bu hansı dövlətdirsə, bizimkilərdən daha zalım imiş....