adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 May 2019 09:41
23032
KRİMİNAL
A- A+

Bakıda kütləvi davada 1 nəfər qətlə yetirildi

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

Adalet.az "Report"a istinadən xəbər verir ki, İsrafil Həşimov küçəsində baş verən dava zamanı 1 nəfər qətlə yetirilib.

Qətlə yetirilən Səfərov Emin Ehtiram oğludur.

Hadisə zamanı 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.