adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 May 2019 09:39
28555
İDMAN
A- A+

Bakıda ingilis dueli: “Arsenal”ın rəqibi “Çelsi” oldu

Futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşib.

Adalet.az xəbər verir ki, İngiltərənin "Arsenal" komandası yarımfinalda İspaniya "Valensiya"sı ilə qarşılaşıb. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan "Arsenal" səfərdə də 2 top fərqi ilə qalib gəlib - 4:2.

Digər yarımfinal oyununda isə "Çelsi" (İngiltərə) - "Ayntraxt" (Almaniya) komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. İlk oyunda da 1:1 hesabı qeydə alındığından əlavə vaxt oynanılıb. Amma əlavə vaxtda da qalib müəyyənləşmədiyindən oyunun taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Penaltilər seriyasında daha dəqiq olan "Çelsi" 4:3 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Bununla da "Arsenal"ın rəqibi "Çelsi" oldu. Çempionlar liqasının ardınca Avropa Liqasının finalında da İngiltərə klublarının dueli olacaq.

Avropa Liqasının final oyunu isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.