adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 May 2019 09:26
28996
MARAQLI
A- A+

Aqil Abbas: “İlk maaşımla borcumu qaytarmışam” – VİDEO

"ARB Günəş”in "Kiçikdən-böyüyə” verilişinin növbəti qonaqları millət vəkili Aqil Abbas və nəvəsi 11 yaşlı Tansu olub.

Söhbət zamanı millət vəkili nəvəsi Tansunun "İlk maaşınla nə almışdın?” sualını cavablandırıb:

"Ağsuda müəllim işlədiyim zaman olub. İlk maaşımla kitab aldım. Bir də borcum var idi. Onu qaytardım”.

Millət vəkili daha sonra uşaqlara bir sıra tövsiyyələr də verib:

"Uşaqlara demək istəyirəm ki, mehriban olun. Bir-birinizi sevin, yardımçı olun. Böyüklərinizə və müəllimlərinizə hörmət edin. Müəllim sizi danlayanda küsməyin. Bilin ki, sizi sevdiyindən danlayır. Küçədə yaşlılara, köməyə ehtiyacı olanlara yardım edin və ən əsası çoxlu oxuyun”.