adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 May 2019 10:44
6009
HADİSƏ
A- A+

Gəmidə yaralananların 7-si reanimasiyaya yerləşdirilib - RƏSMİ

"İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində yaralanan 14 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib”.

Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, yaralılardan 7 nəfəri reanimasiyadadır:

"Digər 7 nəfər isə stasionar nəzarətdə saxlanılır. II və III dərəcəli yanıq xəsarətləri alanların bədən nahiyyəsinin 40 faizi yanıb. Reanimasiyaya yerləşdirilən 7 nəfərdən 3-nün vəziyyəti kritikdir”.