adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 May 2019 09:47
6114
HADİSƏ
A- A+

Partlayışda ağır yara alanlardan 2-si azərbaycanlıdır - RƏSMİ - YENİLƏNİB

"Xəzər dənizində borudüzən gəmisində baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb”.

Adalet.az xəbər verir ki, bu barədə "Trend”ə "Saipem" şirkətindən bildiriblər: "Mayın 8-də, təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal hazırda "Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılması işləri aparılır".

"Saipem" həmçinin bildirib ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir: "Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır".

Şirkətdən verilən məlumata əsasən, gəmidə baş verən yanğın söndürülüb.

***

Xəzər Dəniz Neft Donanmasına məxsus gəmidə baş verən partlayışda yaralanan şəxslər Bakı Dəniz Vağzalına gətirilir.

Modern.az-ınməlumatına görə, hadisə zamanı yaralanan 14 nəfərdən 3-nün vəziyyəti ağırdır.

Məlumata görə, yaralıların əvvəlcə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna gətirilməsi planlaşdırılsa da, vəziyyətlərinin ağırlığı nəzərə alınaraq Bakı Dəniz Vağzalına aparılıblar.

Qeyd edək ki, ağır yaralılardan ikisi azərbaycanlı, biri malayziyalıdır.