adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 May 2019 18:06
9131
MƏMLƏKƏT
A- A+

ZAQATALA: PREZİDENTİN RƏHBƏRLİYİ İLƏ DAHA BÖYÜK UĞURLARA DOĞRU

(əvvəli ötən saylarımızda)

Rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində qaz xətlərində təmir işləri davam etdirilmiş, müxtəlif diametrli borularla yeni qaz xətləri çəkilmişdir. Üç ay ərzində 3 qeyri-əhali və 1386 yeni əhali abonenti qeydiyyata alınmış, 01 aprel 2019-cu il tarixə rayon üzrə əhali abonentlərin sayı 22816, qeyri əhali abonentlərin sayı 202 olmaqla ümumi abonent sayı 23018 təşkil etmişdir.

Nazirlər Kabinetinin iclasında respublikada qazlaşdırmanın ən yüksək səviyyədə olduğunu, və bu il də qazlaşdırma ilə bağlı işlərin aparıldığını qeyd edən Cənab Prezident vurğuladı ki, "...biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin." Odur ki, rayonda fəaliyyət göstərən aidiyyatı qurumlar bütün imkanları səfərbər edərək bu sahədə işlərini tələb olunan səviyyədə qurmalı və cənab Prezidentin bu sahədə olan tapşırıqlarını yerinə yetirməlidirlər.

Keçən rübdə rayonun yaşayış məntəqələrində enerji təminatı sahəsində "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Zaqatala Elektrik Şəbəkəsi tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 1.0 km uzunluğunda 10-kv-luq, 1.5 km uzunluğunda 0,4 kv-luq hava xətləri, əsaslı təmir olunmuşdur.

Eyni zamanda rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də işlər davam etdirilmişdir. Belə ki, USAİD və Azərbaycan Hökuməti tərəfindən maliyyələşdirilən SEDA (Sosial-İqtisadi İnkişaf Fəaliyyəti) layihəsi vasitəsi ilə Yuxarı Çardaxlar kəndinə 200 m uzunluğunda su qəbuledici qurğu quraşdırılmış, 2 km məsafəyə yeni su xətti gətirilmişdir. Yaşayış məntəqələrində yararsız vəziyyətdə olan su xətləri dəyişdirilmiş, su xətlərində sızmaların qarşısı alınmış, müxtəlif ərazilərdə yararsız hala düşmüş su boruları dəyişdirilərək yeniləri ilə əvəz edilmişdir.

I rüb ərzində rayonda əhaliyə poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər aparılmış, əhali, müəssisə və təşkilatlara göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşdırılmış, internet istifadəçilərin sayı 450 nəfər artaraq 01.04.2019-cu il tarixə 14901 nəfərə çatmış, telefon abunəçilərin sayı 23505 nəfər olmuşdur. Hesabat dövründə rayonun ümumtəhsil məktəblərində "Ümumtəhsildə keyfiyyət ili"nin davamı olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüş, məktəblərdə açıq dərslər, bilik yarışları, müsabiqələr keçirilmiş, seminarlar təşkil olunmuşdur.

Birinci rüb ərzində respublika fənn olimpiadasının rayon mərhələsi keçirilmiş, iştirak edən 381 nəfərdən 89 nəfəri yüksək nəticə göstərərək olimpiadanın zona mərhələsində iştirak etmişdir.

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsində Z.Murtuzəliyev adına şəhər 1 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi qalib olaraq respublika mərhələsində iştirak etmək hüququ qazanmış, "Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsinin qalibi Göyəm kənd tam orta məktəbinin 10-cu sinif şagirdi olmuşdur. Ümumtəhsil məktəb şagirdləri arasında keçirilən "Əlaçı" intellektual televiziya oyunun respublika mərhələsinin qalibi Mamrux kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Musayev Musa Bədrəddin oğlu olmuşdur.

2019-cu ilin birinci rübü ərzində rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən 55718 nəfər ambulator qəbul, 748 nəfər evə gediş olmuş, 382 uşaq doğulmuşdur.

Hesabat dövründə rayonda qeydiyyatda olan 2081 nəfər şəkərli diabeti olan, 412 nəfər vərəmli, 307 nəfər onkoloji, 696 nəfər psixiatrik, 7 nəfər hemofiliyalı xəstəyə müvafiq qaydada müayinə və müalicələr təyin edilmiş, xroniki böyrək çatışmazlığı olan 41 nəfərə mütəmadi olaraq Zaqatala Müalicə Diaqnostika Mərkəzində dializ proseduru aparılmışdır.

Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən əhalinin kütləvi profilaktik müayinələrə cəlb olunması işi davam etdirilmiş, 5 mərkəzdə həyata keçirilmiş tibbi müayinələrdə müvafiq dövr ərzində 40236 nəfər müayinədən keçirilmiş, 2634 nəfər ambulator, 40 nəfər stasionar müalicəyə cəlb edilmişdir ki, bundan da 5 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Tədbirlər may ayınadək davam etdiriləcəkdir.

2019-cu ilin ilk üç ayı ərzində rayonda milli-mənəvi dəyərlərimizin qorunması, gənclərimizdə vətənpərvərlik hisslərinin artırılması məqsədilə rayonda tarixi günlər, əlamətdar hadisələr və bayramlarla əlaqədar müxtəlif tədbirlər həyata keçirilmiş, dövlət əhəmiyyətli günlər münasibəti ilə geniş bayram şənlikləri, konfranslar keçirilərək konsert proqramları təşkil olunmuş, müxtəlif sərgilər nümayiş etdirilmiş, kompazisiyalar, ədəbi-bədii gecələr təşkil edilmişdir.

Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyətinin Planına uyğun olaraq rayonda bir sıra tədbirlər həyata keçirilmiş, Xalq Teatrının iştirakı ilə rüb ərzində tamaşalar göstərilmiş, Milli teatrın yaranmasının 146 illiyi ilə əlaqədar "Xalq sənəti və Milli Teatrın əsası" mövzusunda Xalq teatrının kollektivi ilə görüş keçirilmiş, məktəblilərin yaz tətili ərəfəsində nağıl tamaşa oynanılmış, Beynəlxalq Teatr gününə həsr olunmuş Xalq Teatrının iştirakı ilə tamaşa nümayiş etdirilmişdir.

Heydər Əliyev irsinin təbliği ilə əlaqədar kitabxana filiallarında "Xalq üçün yaşanan ömür", "Müstəqil Azərbaycanın memarı", "Dahiliyin Heydər zirvəsi", "Tarix yaradan insan", "Müstəqil Azərbaycanın banisi", "Heydər Əliyev -xalqın xilaskarı və müstəqil Azərbaycanın banisidir ", "Əsrin sönməz günəşi", "Ümummmilli lider-Heydər Əliyev" adlı sərgilər də təşkil edilmişdir.

Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq rayonun mədəniyyət müəssisələrində "2019-cu il Nəsimi ilidir" başlığı altında sərgilər təşkil edilmiş, silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

2019-cu ilin birinci rübü Zaqatala idmançıları üçün də uğurlu olmuş, rayonda gənclər və idman sahəsində müxtəlif tədbirlər həyata keçirilmiş, bu tədbirlərə yüzlərlə yeniyetmə və gənc cəlb olunmuşdur.

Cüdo idman növü üzrə Milli komandanın üzvü Vəlizadə Oruc Valeh oğlu İtaliyanın Roma şəhərində keçirilən Açıq Avropa birinciliyində 1-ci yerə layiq görülmüş, Polşanın Varşava şəhərində keçirilən cüdo üzrə Avropa kubokunun sahibi olmuşdur. Cüdo idman növü üzrə Milli komandanın üzvü Zutova Gözəl Həbibullah qızı Qazaxstanda keçirilən sərbəst güləş üzrə Qadınlar arasında Beynəlxalq turnirdə 2-ci, Bakı şəhərində keçirilən universal döyüş idman növü üzrə Qadınlar arasında Dünya Kubokunun sahibi olmuşdur. 2019-cu ilin birinci rübü ərzində rayon, qəsəbə və kənd yaşayış məntəqələri ərazilərində abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparılması diqqət mərkəzində saxlanılmışdır.

Nümayəndəliklərdə mövcud sosial-iqtisadi problemlərin və yerli əhəmiyyətli məsələlərin həll olunmasında, abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin aparılmasında RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və bələdiyyələrin qarşılıqlı fəaliyyəti təmin olunmuşdur. RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələr öz ərazilərində mütəmadi iməciliklər təşkil etmiş, magistral yolların kənarlarının abad və təmiz saxlanılmasına daim diqqət yetirilmişdir.

Yığıncağa yekun vurularkən deyilmişdir:

- Cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə, rifah halının daim yaxşılaşmasına yönələn syorulmaz fəaliyyəti hər keçən ildə öz müsbət nəticələrini daha bariz şəkildə nümayiş etdirir və cənab Prezidentin dediyi kimi, biz əminik ki, 2019-cu ildə qarşımıza qoyduğumuz bütün vəzifələri icra edəcəyik. Rayon İcra Hakimiyyəti bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi altında daha güclü Azərbaycan naminə bütün qüvvələrini səfərbər edəcək, 2019-cu ili də böyük zəfərlərlə başa vuracaqdır...

Məzahir ƏHMƏDZADƏ