adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 May 2019 17:53
6542
HADİSƏ
A- A+

Şəmkirdə mikroavtobus minik avtomobili ilə toqquşub, üç nəfər ölüb - YENİLƏNİB

Şəmkirdə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində ölən şəxslərin adı məlum olub.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, rayonun Qaracəmilli kəndində hərəkətdə olan mikroavtobusla "VAZ-2107" markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən mikroavtobus aşıb. Nəticədə "VAZ-2107"nin sürücüsü Vidadi Gülməmmədov, sərnişinləri - 74 yaşlı Şücaət Gülməmmədova və 3 yaşlı Ayxan Gülməmmədov ölüblər.

***

Saat 15:51

Şəmkirdə sərnişin avtobusu qəzaya düşüb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaracəmilli kəndində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan olan avtobus aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 10-a yaxın sərnişinin xəsarət aldığı bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, Şəmkirdəbaş verən yol qəzası nəticəsində 3 nəfər ölüb, 7 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti orta-ağırdır. Xəsarət alan şəxslərə tibbi yardım göstərilib.