adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 May 2019 17:36
6030
HADİSƏ
A- A+

Polis müalicə pansionatından televizor oğurlayanı tutdu

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki müalicə pansionatından 4 ədəd televizorun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə,müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Vahab Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.