adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 May 2019 17:33
19116
ƏDƏBİYYAT
A- A+

Nurlu yazılar - Aydın Tağıyev yazır

Görkəmli yazıçı-pubisist Novruz Nəcəfoğlu da yaşının 62 illliyini tamamladı.

Ədəbi yaradıcılığa ilk əvvəl şeirlə, peblisistik yazlarla başlayan qələm dostumuz sonralar çiynini daha ağır yükə verdi. Nəsrə keçib bir-birinin ardınca "Çarəsiz yolçu”, "Keçən cavan çağım ola...”, "Atüstü nağıl”, "Nağıl adam” kimi bir-birindən maraqlı, oxucular tərəfindən mraqqla, rəğbətə qarşılanan povestlərvə romanını çap edtdirdi. Povest və hekayələri rus dilinə tərcümə edildi, qardaş Türkiyədə kitabları işıq üzü gördü. Tanınmış qələm adamları, tənqidçilər onun yaradıcılığı haqqqında dəyərli fikirlər söylədilər.

"Arılar gecələr uça bilmirlər. İşıq işartısına, şöləsinin çevrəsinə toplaşırlar. Ancaq zülmətdə yaşayır, min bir dərdin dərmanı olan məhsullarını da qaranlıqda hasilə gətirirlər...” NovruzNəcəfoğlunun esselərindən sətirlərdir...

Dediklərindən bilirəm ki, Novruz Nəcəfoğlu yuxusuna haram qatıb gecələr yazı-pozu ilə məşğul olur. O zülmət gecələrdə qəlbinin, zehninin işığındahasilə gətirdiyi yaradıcılıq nümunələri bəlkə də elə buna görə belə nurludur.

Ədəbi cameədə Novruz Nəcəfoğlu imzası ilə tanınan dostumuz həm də Vətəninə, xalqına ləyaqətlə, ona etimad göstərən dövlət başçısının, Prezident cənab İlham Əliyevin etimadını doğrultmağa çalışan bir dövlət məmurudur.

AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli bu ilin əvvəllərində çap etdirdiyi "Şabranda ədəbi həyat” adlı məqaləsində yazır ki, "Novruz Novruzov bu vaxta qədər çalışdığı rayonlarda sosial-iqtisadi göstəricilərlə yanaşı, maarif, mədəniyyət və mətbuatın da inkişaf etdirilməsi sahəsində nəzərəçarpacaq nailiyyətlər qazanmışdır. Onun İcra başçısı olduğu rayonlarda yaddaqalan ziyalı mühiti formalaşmışdır. Fikrimcə, bu fərqli bir üslubda çalışan Novruz Novruzovun təkcə işlədiyi rayonda deyil, ölkə miqyasında ədəbiyyat və mədəniyyətin inkişafına xidmətidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Novruz Novruzov müstəqillik dövrü Azərbaycan bədii nəsrinin və bədii publisistikasının tanınmış, qəbul olunan nümayəndələrindən biridir. Yaradıcılığındakı həyata və insana yaxınlıq, əsərlərindəki həyat nəfəsi və torpağa bağlılıq, təbiilik və sadəlik onun fərdi ədəbi simasını səciyyələndirir. Novruz Nəcəfoğlunun publisistikası da bədiilik xüsusiyyətinə görə fərqlənir və qəzetçilikdən uzaq olan, nəsr əsərlərinə yaxın bir tərzdə yaranan orijinal sənət örnəkləridir. Hazırkı mərhələdə o, ardıcıl yaradıcı fəaliyyəti ilə yeni Azərbaycan nəsrini və müasir bədii publisistikanı layiqincə təmsil edir.

Novruz müəllim yaxşı rayon rəhbəri olub, əhatə etdiyi bölgənin inkişafı yollarında məsuliyyətlə çalışdığı kimi, ölkəmizdə yeni ədəbiyyatın da inkişaf etdirilməsinə ürəklə və şərəflə xidmət edir. Onun bədii əsərlərindən müasir insanın nəfəsi və ana torpağın ətri gəlir. O, rayon rəhbəri olaraq mühüm təsərrüfat-quruculuq işləri ilə məşğul olub, həm də müasir səviyyəli bədii əsərlər yaratmağın mümkünlüyünü isbat etmişdir.

Novruz Novruzovun Şabran RİH başçısı işlədiyi dövrdə rayon mərkəzində onun təşəbbüsü ilə tikilib istifadəyə verilən "Ağsaqqalar evi”nə bir təqaüdçü baba kimi elə özüüm də tez-tez yolumu salıram. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Novruz Novruzovun Siyəzən rayon İcra Hakimiyyəti başçısı təyin edilməsindən sonra ağsaqqallar öz aralarında sanki keçmiş başçının adından bir növ hesabat vererərmiş kimi görülmüş işləi sadlayırlar:

- Rayonumuzun tarixi Şabran adı onun vaxtında qaytarıldı.

- Klasssik şairimiz, bir vaxt Şabranda dustaq olmuş Xaqanini bu dəfə heykəl kimi buraya gətirdi... Hələ bir adını daşıyan şeir, sənət ocağı olan Xaqani poeziya evi də inşa etdirdi.

- Neçə-neçə parklar, xiyabanlar, bulaq kompleksləri, su fəvvarələri, Dəvə kompleksi, Saat qülləsi, abadlaşan küçələr...

- Hələ neçə-neçə yeni ənənələr: Ulu öndərin ad günündə Çıraqqalanın zirvəsinə izdihamlı xalq yürüşləri.

- Novruz bayramında cıdır yarışları...

Görülən işləri sadalamaqdan doymayan el ağsaqqalları söhbətlərini həmişə də belə yekunlaşdırırlar ki, əlbəttə, Novruz müəllim qonşu Siyəzən rayonunda da dövlət başçımızın etimadını layiqincə doğruldacaq. Tanrının nəzəri üstündə olsun!

2011-ci ildə xalq yazıçısı, dövlət və ictimai xadim Mirzə İbrahimovun 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamından iki-üç gün sonra sənətkarın ailə üzvlərinin, Bakıdan gəlmiş adlı-sanlı qələm adamlarının iştirakı ilə bizim Şabranda görkəmli sənətkarın təntənəli yubiley mərasimi keçirildi. Mirzə İbrahimovun qızı, "Literaturnıy Azərbaycan” jurnalının baş redaktoru Solmaz İbrahimova elə indi də hər görüşümüzdə minnətdarlıqla yada salır ki, atamın 100 illik yubiley tədbiri ilk dəfə məhz Novruz müəllimin təşəbbüsü ilə əyalətdə, Şabranda, sonra paytaxtda keçirilən tədbir kimi yüksək səviyyədə, təntənə ilə qeyd olundu.

Gözəl mahnıların müəllifi olan Tahir Əkbərin Novruz Nəcəfoğlunun sözlərinə bəstələdiyi, ilk dəfə xalq artisti Gülyaz Məmmədovanın ifasında səslənən oynaq "Şabran” mahnısının ömrü yəqin ki, Şabran var olduqca yaşayacaq. Əlbəttə, mahnının sözlərinin müəllifinin təvazökarlığından, həm də tutduğu vəzifədən xəbərdar olan şabranlılar ürəklərindən keçsə də, toy, şadlıq məclislərində bu oynaq mahnını ürəklərindən keçsə də sifariş etməyə, qol qaldırıb oynamağa sanki çəkinirdilər. İndi hətta Bakıdakı şadlıq saraylarında da öz xeyir iş məclislərində şabranlılar bu mahnını sifariş edirlər.

Min illərlə yaşıd, şəhərlər şahı,

Turan torpağıdı, ocaqdı Şabran.

Tarixlər şahidi, mərdlər oylağı,

Vətən qalasıdı, qucaqdı Şabran.

Novruz müəlllimin 65 illik ad günü münasibətilə ürək sözlərimi yubilyar haqqındakı səmimi yazıda Pərvin xanımın yazdıqlarına qoşularaq tamamlayıram: "Gəncliyimizdən buyana müxtəlif vəziflərdə çalışmış, hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı olan yazıçı sənətdən, ədəbiyyatdan bircə addım da uzaqlaşmayıb. Əksinə, uzun illər Şabran rayonunda icra başçısı işlədiyi müddətdə Şabranı ədəbiyyat mərkəzinə, sənət məbədinə çevirib. Əminəm ki, ən yaxın günlərdə sözlə, ədəbiyyatla bağlı tədbirlərin sədasını Siyəzəndən də eşidəcəyik.”

Aydın Tağıyev,

AYB Şabran bölməsinin rəhbəri