Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu

ƏBÜLFƏT MƏDƏTOĞLU
54805 | 2019-05-09 10:20

(Əvvəli burada)

...Artıq əməlli-başlı qaranlıq bürüyüb ətrafı. Necə deyərlər, yalnız yol kənarındakıközərən işıqlardan ətrafı izləmək mümkündür. Mən də bu qaranlığın içində xatirələriçözə-çözə yol gedirəm... gedirəm ki, səhərimi Trabzonda açım... gedirəm ki, buşəhərdə ürəyimi müalicə edən, onun yaşamaq imkanını artırmağa səbəbkar olan həkimiminqəbuluna düşəm... gedirəm ki, bir az nəfəs alam. Elə bir nəfəs ki, o məniağrıların caynağından müəyyən zaman kəsiyi üçün qoparsın...

Bəli,artıq yolçusu olduğum "Metro”nun sərnişinlərinin çoxu şirin yuxudadı, həttaxoruldayanlar da var. Tək-tək sərnişinlər isə ya mobil telefonla "oynayırlar”ya da kiminləsə danışırlar. Özümdın asılı olmayaraq, həmin söhbətlərin qulaqşahidinə çevrilirəm. Tiflis-Batumi yolu yaşayış massivlərinin içərisindən keçibgedir. Həmin qəsəbə və kəndlərin sakinlərinin yol kənarında düzdüklərialış-veriş malları, xüsusilə meyvə-tərəvəz və bir də özlərinin bəh-bəhlə yediklərimilli çörəkləri düzülüb. Elə bizim magistralların kənarlarında olduğu kimi, buyol boyunca da alver heç də pis getmir. Gecə saat 3 radələrində avtobus bir türk lokantasının qarşısındadayanır. Sürücü 15 dəqiqəlik fasilə elan edir. Məqsəd yolçular üçün su, meyvəşirələri və çay ehtiyatını yeniləməkdi. Hamı kimi mən də fürsətdən istifadəedib avtobusdan düşürəm. Siqareti yandırıb ətrafa boylanıram. Dayandığımızkiçik bir məkanda daha çox türklərin nəfəsi duyulur. Çünki bu lokantadaçalışanların əksəriyyəti türklərdi. Mən də söhbət həvəskarı olduğumdan onlardansöz qoparmaq istəyirəm:

- Əfəndim,burda durum necədi?

- Abi,şükür, dolanırıq.

- Əfəndim,dolanmaq hər yerdə mümkündür. Amma burada farklı bir şeylər varmı?

- Abi, mənsiyasət adamı deyiləm. Amma sorursunuzsa deyim ki, gürcülər bizim kimliyimizi dəbilirlər və bizim onlarla anlaşmamızın farkına da vara bilirlər. Odur ki,sakin-sakin hərəmiz öz işimizi görürük.


Bəli, buqısa söhbətdən bir daha hiss edirəm ki, mənim Gürcüstanın girişində keçidqapısında duyduqlarım heç də təsadüf deyil və üstəlik Batumidən keçib gedərkən həmin sonuncu sərhəd qapısındada oxşar mənzərəni bir daha yaşadım. Yaşadıqlarımın bir ucu sovet dönəminəgedib çıxırdı. Belə ki, həm bizdən Gürcüstana,həm Gürcüstandan Türkiyəyə, həm də Gürcüstandan bizə keçidlərdə birxoşagəlməyən mənzərə var. Hər kəs səndən nə isə xahiş edir, hər kəs səndən onunbir blok siqaretini və yaxud bir-iki ədəd araq və yaxud çaxırını özünlə sərhəddənkeçirməyini istəyir. Tanımadığım bu adamlar elə yalvar-yapış edirlər ki,qalırsan çarəsiz. Mən yol boyu məhz Gürcüstanla bizim və Türkiyənin aramızda yaşanan bu mənzərənin nə qədəracınacaqlı olduğunu düşünüb bu nəticəyə gəldim ki, bu alverçi psixologiyası Sovetdönəminin qalığıdır. Ona görə bu qənaətdəyəm ki, Türkiyədən, yəni Sarp deyilənməntəqədən keçəndə kimsə səndən nəyisə Gürcüstan tərəfə keçirməyi rica etmir. Həqiqətənbu ağrılı bir məsələdir. Bu işdə gürcülərin Türkiyəyə alkoqol və siqaret keçirməkhəvəsi lap kəllə-çarxa vurubdu...

Artıq səhərsaat 5-dir. Biz Gürcüstan sərhəddindən keçib Türkiyə ərazisindən yolumuzu davametdiririk. Qara dənizin sahili boyu hərəkət edən avtobusun pəncərəsindən dəniziseyr edərkən yadıma bu şəhərə ilk gəlişim və o gəlişin ilk təəssüratı olanmisralar düşür.


Mən buqoca şəhərə

Ümiddalınca gəldim...

Bu ümiddənbir zərrə -

Soraqalınca gəldim...


İçimdəkizərrədi

Fərq eləməzhər nədi...

Yeryataqsız çərrədim –

Ona,balınca gəldim!..


Dağ üstədüşdü dağım

Doğrandıqol-budağım...

Küləkçevirən tağım –

Barsızqalınca, gəldim...


Kiprikdəşeh, gözdə nur

Boyunusev, göz də vur...

O qız mənigözlədir –

Diləsalınca gəldim...

Bəli,artıq Türkiyənin Qara dəniz boyuncauzanan şəhərlərini keçirəm.. Of, Rizə, Artvin... və digərləri yavaş-yavaşarxada qalır. Şəhərlər oyanır. Və mən bu oyanan şəhərin dan üzünə, sübh çağınadoğru yüksələn azan səslərini də eşidirəm. Az qala ləpələrin səsilə azan səsibir-birinə qarışıb bəndənin Tanrıya duası kimi səslənir. İçimdəki bir rahatlıqməni elə bürüyür ki, elə bil yol boyu çəkdiklərim, düşündüklərim,qarşılaşdıqlarım hamısı Gürcüstan sərhəddində qalıbdı. Özüm də hiss etmədənağlıma gələn fikri pıçıldayıram:


- Gürcügömrükçüləri və sərhədçiləri sıxıntılarımı və ağrılarımı gömrük nəzarətindənkeçirməyə imkan vermədilər! Sağ olsunlar!

Hə, yolüstündə Kamal Paşa deyilən bir məntəqə var. Avtobus buradakı özlərinə aiddayanacağa yan alır. Bu bizim Türkiyə ərazisində ilk suyunu içib, çörəyini kəsdiyimizilk ünvandı. Yol boyu bizə istirahət dəqiqələrini xatırladan şəxs (onunla yoldabir balaca sözümüz çəp gəldiyindən heç adını öyrənməyə maraq göstərmədim –Ə.M.) bildirdi ki, yarım saat burda dayanacağıq. Hər kəs çayını, kofesinisifariş verə bilər. Mən həvəslə bir türk qəhvəsi istədim və bəzilərimizə xoş gəlməyən,yəni acı olduğu üçün çoxlarının maraq göstərmədiyi bu qəhvəni həvəslə nuş edirəm...Elə yolüstü yeməkxanada yadıma bu torpaqlarla bağlı yazdığım misralar düşür:

Qayalarınçapığı bir yaraşıq

boylanıram– gözəlliyə baxıram.

Gözəlliyingöz qaytaran silahı –

Tala-talaüzərliyə baxıram.


Bulaqlarınşırıltısı pıçıltı

Qulaq asdım, vallah eynim açıldı.

Gördüklərimgözlərimə qaçırdı –

Ruhoxşayan özəlliyə baxıram.


Ağlımqalıb xan çinarda, palıd da

Birbudağı ildırımdan yanıb da!

Ürəyimingözlərini alıb da –

Mən dördgözlə gözəlliyə baxıram.


Bu şeiriTrabzonu ilk dəfə görəndə yazmışam və həmin şeiri yaza-yaza Qarabağımı, kəndimi,düşmən tapdağı altında olan torpaqlarımızı düşünmüşdüm. Çünki gördüyüm mənzərəmənə Qarabağı xatırlatmışdı – Şuşanı, Kəlbəcəri, Laçını, Füzulini, Qubadlını, Zəngilanı,Cəbrayılı, Xocalını, Xocavəndi xəyalən gəzmişdim orda, özü də ağlaya-ağlaya.Dağların, dağlarımın əkizi, çayların, şəlalərin, bulaqların, göllərin gözümüaçandan gördüklərimin əkizi olduğunun şahidinə çevrilmişdim. Elə bil ki, ürəyimnanə yarpağına dönmüşdü. Elə çırpınırdı, elə əsirdi ki, sanki indi qopub yerə düşəcəkdi. Amma...

Bir azdözümüm var imiş! Hələ ayaqda qalmaq müddətim başa çatmayıbmış. Ona görə dədözdüm. O mənzərəni seyr edə-edə düşmənin gəzdiyi yerləri xəyalımdacanlandırdım, qoşalaşdırdım. İnanın ki, bu, obrazlı, pafoslu ifadələr deyil.Bu, mənim içimdən qalxan və burula-burula da Tanrıya doğru üz tutan keçdiyiyoldu. Yəni ahımdı, ünümdü, fəryadımdı və bir də...

İçimdəkitüstünün acısı məni gözlərimi ovuşdurmağa məcbur edir. Bax, bu məqamda qəhvəiçdiyim yeməkxananın bacasından palıd odunun tüstüsünün qalxdığını görürəm.Yeri gəlmişkən, mən xatırladım ki, mən Trabzonda yeməkxanaların əksəriyyətindəodundan istifadə edildiyinin şahidiyəm. Hətta dostum Rəcəb abimin dönərxanasındada palıd odunuyla bişən dönərin dadını heç İstanbulda da hiss etməmişəm. Bukişinin dönərinə söz ola bilməz! Mən də həmin o yeməkxanadan qalxan tüstününmisralara çevrildiyini də hiss edirəm.

Birtüstü burulub qalxır yuxarı

Sankisöz aparır yerdən buluda...

Mənə eləgəlir gedib qarışıb –

Bu tüstüçevrilir hərdən buluda!


Birazdan avtobus yenə öz yoluna davam edir.Mən artıq bu yerlərə bələd olduğumdan necə deyərlər, oturacaqda qərar tutabilmirəm. Tez-tez ya pəncərədən, ya da yerimdən qalxıb sərnişinlərin başı üzərindənönə baxıram. Elə bilirəm ki, mən nə qədər boylansam, o qədər də tez çatacamTrabzona. Amma unuduram ki, burada yol polisi də, sürücülər də bizimkilərə nisbətənda diqqətlidilər. Onlar sürət həddini heç vaxt açmırlar. Elə türklərin dediyikimi trafik polisi də hardasa daldalanıb "günahkar ovuna” çıxmır. Yəni hamınınkimliyindən asılı olmadan qanuna hörməti birmənalıdır. Ona görə də bizdən fərqliolaraq orda sürücü və yol polisi dartışması, yaxalaşması baş vermir. Hətta nömrəsiniyazmaq istəmədiyim bir həmyerlimin idarə etdiyi bir "Mersedes” maşınıyanımızdan elə sürətlə keçdi ki, sürücü özündən asılı olmadan dedi:

-Kardeşim, burası Türkiyə, burası Azərbaycan deyil!

Həqiqətənbir neçə dəqiqədən sonra həmin Azərbaycan seriyası ilə hərəkət edən avtomobilinyol polisi tərəfindən saxlanıldığını gözlərimlə gördüm. Və bu hal mənə həqiqi mənadaçox ağır təsir etdi. Türk qardaşlarımın təbirincə desək, olanlardan üzüldüm...Burada bir daha əlavə edim ki, mən Türkiyə ərazisində həmyerlilərimizin idarəetdiyi xeyli sayda müxtəlif markalı avtomobillər görmüşəm. Onların da çoxuoradakı dostlarımın dediyi kimi, qanunlara çox böyük sayqıyla yanaşırlar. Bu dao deməkdir ki, biz istəyəndə hamıdam yüksəkdə dayanmağı bacarırıq. Zamanın və məkanıntələblərinə uyğunlaşa bilirik. Nə isə...

Bəli,artıq Trabzon ərazisində hərəkət edirik. Bir azdan avtobus terminalın önündədayanacaq və mən "Metro” ilə, buradakı sərnişinlərlə sağollaşacam. Mənimaşından enəcəyim məntəqədə könül dostum, can sirdaşım Əhməd Varol gözləyir...

(Ardıvar)


TƏQVİM / ARXİV