adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Aqil ABBAS: ŞUŞANIN İŞĞALININ 27 İLLİYİNİ BİRTƏHƏR YOLA VERDİK

11466 | 2019-05-09 10:10

Gərək 30 illiyinəyaxşı hazırlaşaq.

Ağdamla Bərdənin arasında Şahvəlilər deyilən bir kənddə çox gözəl bir restoran var. Deməli, Qarabağda bir yas düşərsə, istər Ağcabədi olsun, istər Ağdam, Tərtər, Bərdə, Yevlax… həmin yasa Bakıdan və ətraf rayonlardangələnlər yasdan çıxmaq üçün mütləq gəlib həmin restoranda yeyib-içməlidirlər. Həqiqətən də həmin restoranın mətbəxindən və qulluğundan Azərbaycandayoxdu.

Qarabağın hörmətli kişilərindən, hakim Şahin Rüstəmovun qayınatası ölür. Millət tökülüb gedirQuzanlıya, yasa. Yuxarıda qeyd etdiyim kimi, yasdançıxanlar da yasdan çıxmalarını qeyd eləmək üçün gəlirlər Şahvəlilərə. Havanında gözəl vaxtı. Oturmağa yer də yoxdu.

Mən mərhumun altısına getmişdim. On nəfərik. Təbii ki, biz də yasdan çıxıb gəldikŞahvəlilərə – yasdan çıxmağa. Görürəm ki,restoranın sahibi Ədalət şalvarını dizinəcənqatlayıb ora-bura qaçır. Çağırdım ki, Ədalət,nə vurhavurdu, özünü niyə öldürürsən?

- Aqil müəllim, Şahinmüəllimin qayınatasının üçünü birtəhəryola vermişik, sabah yeddisidi, ona hazırlaşırıq!


TƏQVİM / ARXİV