adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 May 2019 16:02
35392
DÜNYA
A- A+

«ƏSRİN MÜQAVİLƏSİ»

Yaxın Şərq məsələsinin nizamlanmasına dair ABŞ prezidenti Donald Trampın hazırladığı "əsrin müqaviləsi"nin detalları yayılıb. Bu barədə «Kommersant» qəzeti İsrail mətbuatına istinad edib. Qəzetdə yer alan və ABŞ, İsrail və ya Fələstin rəsmi orqanlarından Trampın bu planına hələ ki hər hansı bir açıqlama verilməyib.

Yayınlanan plana görə, İsrail ilə Fələstin Qurtuluş Təşkilatı və «Həmas» arasında yeni bir dövlətin qurulması ilə bağlı üçtərəfli razılaşma imzalanacaq. Bu müqaviləyə görə İordan çayının Qərb sahili və Qəzza zolağında,yəhudilərin yaşayış məntəqələri istisna olmaqla, «Yeni Fələstin» adlı dövlət qurulacaq. İordan çayının Qərb sahilindəki yəhudi yaşayış yerləri bu gün olduğu kimi, İsrailin əlində olacaq.

Sənədlərdə deyilir ki, Qüds bölünməyəcək və hər iki dövlətin paytaxtı sayılacaq. Qeyd edilir ki, burda yaşayan ərəblər Fələstin dövlətinin vətəndaşları olacaqlar. Yəhudilərin ərəblərdən, ərəblərin də yəhudilərdən ev satın almaları qadağan edilir.

Fələstin hava limanı, fabriklər inşa etmək, əkinçilik və ticarət sahələri üçün Qəzza bölgəsinə yaxın olan Misirdən icarə torpaq alacaq. Ərazilərin həcmi və qiyməti müqaviləni dəstəkləyən dövlətlər tərəfindən təyin olunacaq: ABŞ, Avropa Birliyi ölkələri və Fars körfəzi. Dəstəkləyən ölkələr milli layihələrin həyata keçməsi üçün «Yeni Fələstin»ə beş il ərzində 30 milyard dollar ödəyəcək.

Layihəyə görə, Yeni Fələstin dövlətinin ordusu olmayacaq, yalnız polisin əlində yüngül silah olacaq. Müqavilə imzalanarkən «Həmas» silahını yerə qoymalı olacaq.
İsrail ilə Yeni Fələstin arasında İsrailin bütün xarici hücumlara qarşı Yeni Fələstinin qorumasını zəmanət altına alacağı və bu cür qoruma qarşılığında Yeni Fələstinin İsrailə ödəniş edəcəyi ilə bağlı yeni bir müdafiə sazişi imzalanacaq.
Bundan əlavə, sənədlərgöstərilir ki, İordaniya vadisi İsrailə məxsus olacaq. «Həmas» bu müqaviləyə etiraz etdiyi təqdirdə ABŞ Fələstinə verdiyi bütün maliyyə dəstəyini kəsəcək və digər ölkələrin də maliyyə dəstək təmin etməsini əngəlləyəcək.

Qeyd edilir ki, may ayının əvvəlində Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Fələstin vlət başçısı Mahmud Abbasasrin müqaviləsini" dəstəkləməsi üçün 10 milyard dollar təklif edib. Fələstin lideri bu təklifi rədd edərək bildirib ki, bu razılaşma onun siyasi karyerasının sonu ola bilər.

ABŞ prezidentinin məsləhətçisi və kürəkəni Cared Kuşner Donald Trampın Yaxın Şərq üzrə nizamlanma planını iyunda açıqlayacağını bildirib.

Mehriban CƏFƏROVA