adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 May 2019 12:58
6733
GÜNDƏM
A- A+

Aydın BAĞIROV: Şuşaya getmək bizim namus borcumuzdur

6 yaşında evdən gizli qaçasan, yay düşərgəsinin uşaqlarına qoşulub bir avtobusa minəsən, hələ adını eşitmədiyin, üzünü görmədiyin kənd və şəhərləin içindən, dağların qoynundan keçə-keçə dünyanın ən hündür zirvəsinə qalxasan. Mənə hələ də elə gəlir ki, o zirvədə yuxarıda yalnız Tanrı var, başqa heç kim və heç nə. Sonra o zirvədə qulağında qaval səsi gələ, çönüb görəsən ki, yaşlı bir kişidi, Mürsəl adında. Nə gəldi oxuyur - muğam, hətta "Tansor disko"dan bir hind mahnısı belə. Sonra o qaval çalan kişiyə yaxın bir yerdə su içəsən. O dadda, o soyuqluqda suyu həmin gündən sonra bir də heç vaxt içməmişəm. Bir də içəcəmmi bimirəm, ora gedə biləcəmmi onu da bilmirəm.

Bildiyim bir şey var - Şuşa tək coğrafi olaraq deyil, elə mənəvi olaraq də hər zaman bizim üçün həmişə zirvədə olacaq. Yenidən o zirvəyə getmək isə artıq bizim namus borcumuzdur.

Hələlik isə səndən ucada olan tək varlığa əmanət ol, gözəl şəhərim...