adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 May 2019 10:32
5277
HADİSƏ
A- A+

Qatar yük maşını ilə toqquşdu

Almaniyada yük maşını sərnişin qatarı ilə toqquşub. Adalet.az-ın məlumatına görə, qəza Rendsburq şəhəri yaxınlığında qeydə alınıb.

Yerli polis qəza nəticəsində azı 20 nəfərin xəsarət aldığını bildirib. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Polis araşdırmaya başlayıb.