adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 May 2019 13:49
14260
ƏDƏBİYYAT
A- A+

DALĞALARLA SÖHBƏTDƏN BİR LƏÇƏK - Əbülfət Mədətoğlu yazır

Yenə içib - çəkirəm,
Hücrəmə qədərimi...
Ürəyimə əkirəm
Səssizcə kədərimi...

Vərəqlənən anların
Hənirini duyuram.
Kirpiklərimi sıxıb
Yanağımı yuyuram...

Üstündə toz görəndə
Donub quruyur qanım..
Tanış, doğma izlərin
Ətrini çəkir canım...

Elə istəyirəm ki,
Zamandan izin alım...
Bu sahildə göyərib -
Sən gələn vaxta qalım...

...Sahildə dumanlı baş
Bir də şıltaq ləpələr
Qəlbimi yavaş- yavaş -
Çökdürür ağ qəıpəlp...