adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 May 2019 16:31
5716
GÜNDƏM
A- A+

“Gələn ildən hər kəsə icbari tibbi sığorta xidməti göstəriləcək” – Baş nazirn müavini

"Gələn ilin yanvarından Azərbaycanda hər kəsə ölkə miqyasında icbari tibbi sığorta xidməti göstəriləcək".

Bunu jurnalistlərə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibiƏli Əhmədovbildirib.

Ə.Əhmədov qeyd edib ki, hazırda icbari tibbi sığortanın tətbiqilə bağlı işlər davam etdirilir:

"Agentliyin tərkibinə keçən xəstəxanaların hazır vəziyyətə gətirilməsi üçün iş gedir və hüquqi normativ sənədlər hazırlanır. Vətəndaşlara müxtəlif kateqoriyalar üzrə xidmət göstərilməsinin maliyyələşməsi ilə bağlı formalar fərqli olacaq. Təbii ki, pensiyaçılar, əlillər dövlət tərəfindən sığortalanacaq".

Baş nazirin müavini deyib ki, digər kateqoriyadan olan əhali isə icbari tibbi sığorta haqqını ödəməklə xidmətdən faydalanacaqlar:

"Burada muzdlu işçilər üçün bir qayda nəzərdə tutulub. Onların əməkhaqqından, işə götürənin isə qazancından müəyyən faizlərin Dövlət Agentliyinə ödənilməsi nəzərdə tutulur. Muzdlu əməklə məşğul olmayanlar üçün müəyyən bir məbləğ müəyyənləşəcək. Bu ödəniş də o qədər böyük deyil”.


Əli Əhmədov deyib ki, dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs əldə edə bilməz. Yalnız adı siyahıda olan şəxslər həmin dərman vasitələri ilə təmin oluna bilərlər.

Baş nazirin müavini qeyd edib ki, dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına uyğun tutulur.

"Əhalinin müxtəlif təbəqələri üçün hər il dövlət tərəfindən pulsuz şəkildə dərmanlar verilir: Bu xəstələrin siyahısını xəstəxanalar müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. Bu siyahı əsasında həmin dərmanlar istifadəçilərə çatdırılır. Əgər kiminsə adı həmin siyahıda yoxdursa, bu, artıq ayrı məsələdir. Həmin şəxsin siyahıya salınması üçün xəstəliyi ilə bağlı göstəriciləri olmalıdır. Hansısa yerdə kiməsə dərman çatmaması barədə konkret fakt varsa, bunu ayrıca araşdırmaq lazımdır".