adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 May 2019 15:39
31809
DÜNYA
A- A+

Ərdoğan seçkilərin nəticələrinin ləğvini ALQIŞLADI

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbul meri seçkilərinin nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olunmasını alqışlayıb.

Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o bu barədə tərəfdarları ilə parlamentdə çıxış edən zaman açıqlama verib.

Türkiyə prezidenti seçki siyahısında və seçki komissiya üzvlərinin tərkibində ciddi pozuntuların olmasını əsas gətirərək seçkilərin legitimliyini şübhə altına alıb.

"Seçki pozuntuları haqda sənədlər çox etibarlıdır. Konkret sübutlarımız var. Biz qanunsuzluğa səssiz qala bilmərik”.

O, seçkilərin nəticələrinin ləğvini demokratiyanın möhkəmlənməsi yolunda addım sayıb.

Xatırladaq ki, 31 mart seçkilərində CHP-li namizəd Əkrəm İmaoğlu əsas rəqibi AKP-li Binəli Yıldırımı 26 min səs fərqi ilə İstanbul meri seçkilərində məğlub etmişdi.