adalet.az header logo
  • Bakı 20°C
07 May 2019 15:27
27768
MƏMLƏKƏT
A- A+

ZAQATALA: PREZİDENTİN RƏHBƏRLİYİ İLƏ DAHA BÖYÜK UĞURLARA DOĞRU

(əvvəli ötən sayımızda)

Ötən müddət ərzində rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə damazlıq təsərrüfatları fəaliyyətini davam etdirmiş, 2361 baş ana mal süni mayalanmış, 1119 baş bala əldə edilmiş, iri buynuzlu mal-qaranın baş sayı 60333 baş, qoyun-keçilərin baş sayı 164803 baş olmuş, rayonda 1785 ton diri çəkidə ət, 9369,3 ton süd, 4 milyon 257 min ədəd yumurta istehsal edilmişdir.

"Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamının icrası olaraq rayonda cari ilin yanvar ayında süni mayalanma yolu ilə alınmış buzovlara görə 37300 manat, fevral ayında isə 28700 manat subsidiya hesablanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların özünü maliyyələşdirilməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, idxalı əvəzedən və ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq Zaqatala rayonunda məqsədyönlü tədbirlər davam etdirilir...

Cari ildə rayonda təxminən 649 hektar ərazidə tütün əkilməsi proqnozlaşdırılır. "Azərtütün" MMC fermerlərlə 456 hektardan artıq sahədə "Virciniya" və "Berley" tütün sortunun əkilməsi məqsədi ilə müqavilə bağlayaraq tələbata uyğun toxum təhvil vermişdir. Tütünçülər tərəfindən seçilmiş torpaq sahələri əsasən şumlanmış, ümumilikdə şitil becərilməsi üçün 10278 kv.m-dək sahədə 732 ədəd mexaniki parnik salınaraq onlara qulluq göstərilir. Artıq rayonda tütün şitillərinin sahələrə köçürülməsinə başlanılmışdır.


Qərzəkli bağçılıq təsərrüfatlarının inkişaf etdirilməsi məqsədilə rayonda mövcud olan fındıq bağlarının sahəsinin iki dəfə artırılması ilə əlaqədar müvafiq tədbirlər davam etdirilir. Bu ilin yaz mövsümündə rayonda mövcud bağlarından pöhrələr tədarük olunmaqla, 255 ha sahədə yeni fındıq bağları salınaraq rayonda mövcud fındıq bağları 19760 hektara çatdırılmışdır.

Bundan başqa, əvvəlki illərdə əkilmiş fındıq bağlarında bitiş verməmiş ting və pöhrələrin yeniləri ilə əvəz olunması təmin edilmiş, "Zaqatala Aqrosənaye" MMC-yə məxsus 5 ha sahədə fındıq tingliyi təsərrüfatında, fərdi tingçilik təsərrüfatları üzrə Bəhmətli kəndində mövcud 4 ha, Əliabad qəsəbəsində mövcud 1,45 ha, Regional Meşə Təsərrüfatı Mərkəzinə məxsus tingçilik sahələrində, eləcə də rayonda 2018-ci ildə fəaliyyətə başlamış "Agrarco" MMC-nin Çobankol kəndində yerləşən sahəsi 18 ha olan fındıq tingliyində mövcud və yeni salınmış tinglərə aqrotexniki qaydalara uyğun olaraq qulluq göstərilmişdir.

Baramaçılığın inkişaf etdirilməsi, gələcəkdə yaş barama istehsalının və tədarükünün artırılması məqsədi ilə 2018-ci ilin payız mövsümündə cəmi 200 min ədəd olmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 130 min ədəd tut tinginin, K/T-ı Nazirliyi tərəfindən verilmiş 70 min ədəd (Çin XR) tut tinginin əkilməsi təmin edilmişdir. 2019-cu ildə rayonda 70 ton barama istehsalı proqnozlaşdırılır.

Rayon üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri olan gülçülüyün inkişaf etdirilməsi üçün 2018-ci ildə müəssisənin 64 ha bar verən qızıl gül plantasiyasından 120 ton 787 kq qızıl gül, 35 ha barverən lavanda plantasiyasından 22663 kq lavanda ləçəyi tədarük edilmiş, 38 kq qızıl gül yağı və 290 kq lavanda yağı istehsal edilmişdir. Rayonda ümumilikdə 200 hektardan artıq sahədə gül plantasiyalarına aqrotexniki qulluq tədbirləri davam etdirilir.

Arıçılığın inkişaf etdirilməsi, bal ixracının artırılması məqsədi ilə rayonda "EkoZaqatala" MMC tərəfindən "boz qafqaz" cinsinə mənsub arılar yetişdirilərək artırılır və fermerlər yüksək məhsuldar, cavan arı ailələri ilə təmin edilirlər. Rayonda əsasən "boz qafqaz" və "karpat" cinsinə mənsub arı ailəsinə xidmət olunur. Bu təsərrüfatlarda il ərzində təxminən 200 ton bal, 3 ton mum, 300 kq çiçək tozu, 100 kq vərəmum, 5-6 kq arı südü, və s. məhsullar istehsal olunur.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz yekun nitqində aqrar məsələlərə xüsusi yer verərək demişdir: "Azərbaycanda kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir və burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmi tətbiq edilməlidir. Bununla paralel olaraq, biz kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı düşünməliyik. Mən tapşırıq verirəm ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə işləsinlər. Bəlkə işçi qrup da yaradıla bilər ki, kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı təkliflər hazırlansın. Hər bir kənd üzrə belə proqram ola bilər. Biz investisiyaları daha çox şəhərlərə cəlb edirik. Ancaq kəndlərin yeni inkişaf konsepsiyası hazırlanmalıdır." Odur ki, rayonda fəaliyyət göstərən əlaqədar təşkilatlar-yeni yaradılmış Dövlət Aqrar İnkişaf Mərkəzi, o cümlədən fermer təsərrüfatları bütün imkanları səfərbər edərək cənab Prezidentin bu sahədə olan tapşırıqlarını yerinə yetirməlidirlər.

Rayonda ekoloji məsələlər də diqqət mərkəzində saxlanılmış, ətraf mühitin mühafizəsi məqsədi ilə müvafiq inzibati tədbirlər həyata keçirilmişdir.

Cari ilin birinci rübündə rayonda aqromeşə massivlərinin yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülərək 14 ha sahədə fındıq, şabalıd və qoz cinsindən ibarət ağac tingləri əkilmişdir.

Torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri və əhatəsinin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" 12 fevral 2019-cu il tarixli 952 nömrəli Sərəncamına əsasən 2019-cu ildə rayonda daha 13 ədəd subartezian quyularının yeri mütəxəssislər tərəfindən müəyyən edilərək torpaq sahəsinin sənədləşmə işləri aparılmış, Zaqatala şəhərində, Əliabad qəsəbəsində, Aşağı Tala, Çökək, Dağlı, Yengiyan, Lahıc, Qımır, Gözbarax, Mamrux, Ələsgər, Muxax və Yuxarı Tala kəndlərində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur.

2019-cu ilin birinci rübü ərzində rayon ərazisində Muxax, Tala, Qanıx və Bəkməz çaylarında 313,15 min m3 həcmində cay yataqları təmizlənmiş, Suvagil, Əliabad, Qımır, Çobankol, Mamrux, Gözbarax və Yuxarı Çardaxlar yaşayış məntəqələrinin qorunması məqsədi ilə Muxax çayda 976 m3 daş beton bəndlər təmir edilmişdir.

2019-cu ilin I rübü ərzində rayonda bütün maliyyə mənbələri hesabına 4,3 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülmüşdür. Rüb ərzində şəhərin Şəhriyar küçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli yaşayış binasının tikintisi davam etdirilmiş, rayonda ümumi sahəsi 2866 kvm olan 23 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, sahibkarlar tərəfindən rayonda 799 min manat həcmində yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılmışdır.

2019-cu ilin birinci rübü ərzində rayonda abadlıq-quruculuq işləri də davam etdirilmişdir. Zaqatala şəhəri ərazisində 2019-cu ildə təmir olunacaq çoxmənzilli yaşayış binaları, abadlıq işləri aparılacaq və asfalt örtüyü döşəniləcək küçələr müəyyənləşdirilərək titul siyahıları və qüsur aktları tərtib edilmiş, layihə-smeta sənədləri hazırlanaraq tender komissiyasına təqdim olunmuşdur.

Rüb ərzində rayonda avtomobil yollarının yenidənqurulması və əsaslı təmiri sahəsində də xeyli işlər görülmüş, magistral və kəndlərarası avtomobil yollarında, şəhərin küçələrində cari təmir işləri aparılmışdır. Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına 37 km uzunluğunda Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun və 42 km uzunluğunda Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı avtomobil yolunun tikintisi davam etdirilmişdir. Muxax-Zəyəm-Yuxarı Çardaxlar-Qarqay avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış, yolun 4 km uzunluğunda hissəsinin torpaq yatağının əsası inşa edilmiş və birinci qat asfalt örtüyü döşənmişdir. Hazırda yol üzərində olan iki körpüdə əsaslı təmir işləri davam etdirilir.

(ardı növbəti sayımızda)

Məzahir ƏHMƏDZADƏ