adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 May 2019 14:20
21827
SİYASƏT
A- A+

Aqil ABBAS: "Əli İnsanov səhiyyəni elə məhv edib ki... "

Əli İnsanovun siyasətə qayıdıb uğur qazanması mümkün deyil, o, səhiyyədəki korrupsiya əməllərindən sonra xalqın gözündən düşüb.

Adalet.az xəbər verir ki, bu sözləriAxar.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. O bildirib ki, Əli İnsanov səhiyyə naziri kimi fəaliyyət göstərəndə Azərbaycan səhiyyəsi məhv olmuşdu:

"Əli İnsanov siyasətə qayıdıb nə edəcək? Uzağı yeni bir partiya quracaq. Azərbaycanda kifayət qədər siyasi partiya var. Onun yaradacağı partiyanın ətrafına kimlər toplaşacaq? Düşünürəm ki, heç kim ona yaxın durmayacaq. O, səhiyyə naziri işləyəndə Azərbaycan səhiyyəsində rüşvət baş alıb gedirdi. Ümumiyyətlə, səhiyyənin Azərbaycanda bu vəziyyətdə olmasının əsas səbəbi Əli İnsanovdur. Bu sahədə korrupsiyanın təməlini qoyan o olub, hələ də insanlarda ona qarşı nifrət hissi var. Azərbaycan xalqının içində ona sevgi bəsləyən heç kim yoxdur. Hamı hər zaman ondan narazı olub. Xalqı tərəfindən sevilməyən, hörmət görməyən biri necə siyasətdə uğur qazana bilər ki?! Təbii ki, bu mümkünsüzdür”.