adalet.az header logo
  • Bakı 13°C
07 May 2019 12:34
34687
DÜNYA
A- A+

NASA DA İNSANLARI GİC YERİNƏ QOYUB EY

4-5 aydan bir nəsə bir "paraşa” buraxırlar, insanlar da odaklanır həmin "paraşa”ya. Gah qara dəlik tapırlar, gah qırmızı dəlik. İndi də deyirlər ki, uzunluğu 340 metr olan bir asteroid ayrı səmtə uçduğu halda qəfil fikrini dəyişib, üzünü döndərib bizə tərəf. Özü də nağdı hesablayıblar ki, oktyabrın 3-də yerlə öpüşəcək. Və bu öpüşmə 100 milyon nüvə bombası eşqində olacaq.

Onu da deyirlər ki, neçə milyon il bundan əvvəl belə bir asteroidin yerlə öpüşməsi nəticəsində dinozavrların nəsli kəsilib. İndi dinozavrlar da yoxdu, nağaracux a!

NASA hər dəfə belə bir "paraşa” buraxandan sonra ABŞ hansısa bir müsəlman ölkəsinin başına elə bil asteroid boyda daş salır.

Görən indi növbə kimindir?! Allah Türkiyədən iraq eləsin.