adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 May 2019 12:32
20335
SİYASƏT
A- A+

Fərəc Quliyev: “Məncə anlaşma olar”

TürkiyəMərkəzi Seçki Komissiyasınınkeçirdiyi fövqəladə iclasdahakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edilib.Qurumun mayın 6-da baş tutan iclasında martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu haqda Adalet.az-a bildirib ki: "Məncə anlaşma olar. Orda demokratiya yüksək səviyyədədir və müxalifət partiyaları ilə də normal şəkildə münasibət var. Özlərinin anlaşması nə olacaqsa biz də ona hörmətlə yanaşacağıq. Biz onların daxili işlərinə qarışa bilmərik”.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrarseçkilər iyunun23-də keçiriləcək.

Nicat Novruzoğlu