adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 May 2019 11:47
15525
GÜNDƏM
A- A+

Zaur Adıgözəlov: “Sosial sifarişlər anındaca dövlət başçımız tərəfindən qəbul edilir”

Milli Məclis Aparatının eksperti,fəlsəfə doktoru Zaur Adıgözəlov: "Cənab Prezident İlham Əliyev I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqından azad edilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncama əsasən bu şəxslərin xərcləri dövlət büdcəsi hesabına ödəniləcək. Sərəncam 2500 nəfər əlilliyi olan şəxslərə şamil olanacaq. Dövlət başçımızın qərarı bir daha sübut edir ki, cənab Prezident xalqının yanındadır və yürütdüyü siyasət sosial ədalət prinsiplərinə söykənir. Sosial sifarişlər anındaca dövlət başçımız tərəfindən qəbul edilir. Hazırda təhsil haqqı xərclərindən həm də 1)məcburi köçkünlər; 2)ərazi bütövlüyün, müstəqilliyin və Konstitusiya quruluşun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları; 3)şəhid ailəsi statusunu almış ailənin üzvləri; 4)hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər; 5)hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar; 6)bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də azad edilirlər.”