adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 May 2019 11:28
12982
SİYASƏT
A- A+

Fazil Musatafa: “Hər halda xoşa gələn qərar deyil”

TürkiyəMərkəzi Seçki Komissiyasımartın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.Qurumun mayın 6-da keçirilənfövqəladə iclasındahakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edilib.İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrarseçkilər iyunun23-də keçiriləcək.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa bu haqda fikirlərini Adalet.az-la bölüşüb: "Bu arzuolunan hal deyil. Yəni kimin qalib gəlməsi məsələsindən daha çox Türkiyənin seçki atmosferindən çıxması vacibdir. Biz qardaş ölkə kimi bunu təmənna edirik. Təbii ki, bu Türkiyənin daxili qərarıdır seçki komissiyası qərar verib və bizim də buna rəy bildirməyiniz doğru deyil. Amma bütövlükdə Türkiyənin iqtisadi problemlərini çözməsi üçün seçki prosesindən adlayıb daha konkret idarəetmə modelini təkmilləşdirməsi və yaxud da davam etməsi vacibdir. Çünki Türkiyənin yeksəlişi, güclənməsi bizim üçün də vacibdir. Hər halda xoşa gələn qərar deyil. Məncə bu məsələdə təbii ki, müəyyən hüquqi və digər mülahizələr araşdırılıb və belə qərar verilib. Amma seçki prosesi yekunlaşsaydı Türkiyənin özünün də başı açılardı və ətrafındakı problemlərə daha çox diqqət yetirərdi. Bu bizim üçün də vacibdir. Çünki Azərbaycanın da bir çox problemləri var və burda da ən çox dəstəyimiz Türkiyədir. Türkiyəınin başı qarışıq olanda, seçkilərə aludə olanda bizim üçün elə bu təhlükə mənasına gəlir. Ümid edək ki türk milləti bu problemləri tezliklə çözər və gərginlik ortadan qalxar”.