adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 May 2019 17:38
5121
GÜNDƏM
A- A+

AzTV-nin Bədii Şurası iclas keçirdi

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib.

AzTV-dən Adalet.az-a verilən məlumata görə, Bədii Şura ayda 2 dəfə toplanaraq Azərbaycan Televiziyası və Radiosu, "Mədəniyyət” və "İdman-Azərbaycan” kanallarında yayımlanan veriliş və proqramları müzakirə edir.

Məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili verilişlərin, müxtəlifmövzulu proqramların bədii tərtibatı, aparıcıların danışıq, davranış və geyim tərzi ilə bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasıdır. Budəfəki yığıncaqda Azərbaycan Radiosunun efir strukturu, burda hazırlanan verilişlərin bədii tərtibatı, diktor və aparıcıların peşəkarlıq səviyyəsi ətrafında diskussiyalar aparılıb.


Nümayiş olunan ədəbi-bədii və musiqili verilişlərin, müxtəlifmövzulu proqramların mövzu və məzmun baxımdan tamlığı əsas şərt kimi səsləndirilib. Bildirilib ki, Bədii Şura üzvlərinin bölgələrə səfərləri və yerlərdə tamaşaçılarla görüşləri davamlı xarakter alacaq.