adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 May 2019 17:14
8771
MƏMLƏKƏT
A- A+

ZAQATALA: PREZİDENTİN RƏHBƏRLİYİ İLƏ DAHA BÖYÜK UĞURLARA DOĞRU

Vətənə məhəbbət, xalqa xidmət, insanlara qayğı və diqqət ulu öndərin həyat amalı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında ən yüksək mərhələdədir. Biz artıq bunu hər gün görür və yaşayırıq. Cənab Prezidentin dövlət məmurlarından, vəzifə sahiblərindən istək və tələbləri də məhz bu cür çalışmaq və yaşamaqdır. Bu gözəl örnək dövlət başçısı səviyyəsində, eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik fəaliyyətində cəmiyyətə sirayət etməklə xalqla hakimiyyət birliyini daha da möhkəmləndirir, ölkəmizin daha gözəl gələcəyindən xəbər verir.

Yerlərdə bu örnəyin xüsusi istiqamətləri formalaşır. İnsanların yaşam tərzinə çevrilir. Nikbin əhval-ruhiyyənin hökm sürdüyü bölgələrdən biri də, şübhəsiz, Zaqatala rayonudur. Zaqatalalılar dövlətimizin qayğısına cavab olaraq bütün sahələrdə uğurlar qazanmağa, vətənə töhfələr verməyə çalışırlar. Bu səbəbdəndir ki, istər kənd təsərrüfatının aparıcı bölmələrində, istərsə də sənaye, tikinti, xidmət işlərində davamlı inkişaf təmin olunur. Ürəkaçan məsələlərdən biri də şəhərin modern inkişafı, gözəlliyi ilə yanaşı qəsəbə və kəndlərin də hərtərəfli müasirləşməsidir. Təcrübəli dövlət məmuru, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə söhbətimiz zamanı bildirir ki, Zaqatala kimi turizm potensiallı bir rayonda bu məsələlərin həlli, yəni infrastruktur paylaşımı vacib şərtlərdəndir. Zaqatalaya gələn turistlər rayonun bir sıra kəndlərinə də maraq göstərir, təbiət gözəllikləri ilə birbaşa təmasda olmaq istəyirlər. Eləcə də qədim yerlər və abidələrlə. Artıq Zaqatalanın ən ucqar istiqamətlərində belə müasir tələblərə cavab verən yol, rabitə, iaşə və digər məsələlər öz həllini tapmaqdadır. Mübariz müəllimdən söz düşmüşkən bir nüansı xüsusi olaraq diqqətə çatdırmaq zərurəti yaranır. Onun və başçılıq etdiyi icra aparatının nümunəvi iş üslübu idarəetmədə ciddi faktdır. Başçının bütün sahələrə eyni diqqətlə yanaşması, fərq qoymadan bütün sakinlərlə səmimi davranışı, təvazökar həyat tərzi illərdir ki, onu camaatın ən hörmətli və doğma adamına çevirib. Cənab Prezidentin dövlət məmurlarından, vəzifə sahiblərindən tələb və istəyi də elə fəaliyyətin bu cür formalaşması və həyat tərzinə çevrilməsidir


Bu günlərdə keçirilən ümumrayon yığıncağında da bir sıra məsələlərlə yanaşı Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin insan amilinə xüsusi önəm verməsi vurğulanmışdır. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik" - deyən Prezident İlham Əliyev regionaların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının əhəmiyyətindən də danışmışdır.

Ümumrayon yığıncağında geniş məruzə ilə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə demişdir:

- Dövlət Proqramının icra olunduğu 2004-2018-ci illər ərzində rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2018-cı ildə 7,4 dəfə, sənaye məhsulunun həcmi 73,2 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 3,9 dəfə, tikinti quraşdırma işləri 25,9 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində rayonda 19649-i daimi olmaqla 26002 iş yeri açılmışdır.

Artıq 2019-2023-cü illəri əhatə edən 4-cü Dövlət Proqramının icrasına başlanılmış, 17 tədbirin icrası istiqamətində müəyyən işlər görürlmüş, 207-ı daimi olmaqla 227 iş yeri açılmışdır ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir.

2019-cu ilin birinci rübü ərzində rayonda sənayedə 39,1 milyon manat, kənd təsərrüfatında 14,3 milyon manat, tikintidə 4,3 milyon manat, ticarətdə 17,0 milyon manat, rabitədə 0,6 milyon manat, nəqliyyatda 1,1 milyon manat olmaqla cəmi 76 milyon 500 min manat məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu da kecən illə müqayisədə sənayedı 49,8 faiz, kənd təsərrüfatı 8,1 faiz, nəqliyyat 4,4 faiz, informasiya və rabitə xidmətləri 5,7 faiz, ticarət 2,5 faiz olmaqla ümümi məhsul buraxılışının həcmi rayon üzrə 23,2 faiz artmışdır. pərakəndə əmtəə dövriyyəsi 3,4 faiz, pullu xidmətlərin həcmi 9,3 faiz artmış, əsas kapitala yönəldilən investisiyaların həcmi 4 milyon 564 min manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 4 milyon 343 min manat təşkil etmişdir.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən prioritet hesab olunan kənd təsərrüfatı sahələrini maliyyələşdirilməsi məqsədi ilə 1 layihə üzrə 15,0 min manat həcmində güzəştli kredit verilmiş, rayonun iqtisadiyyatına ümumilikdə 799,2 min manat həcmində özəl investisiya qoyulmuşdur ki, onun da 74,5 min manatı xarici, 724,7 min manatı yerli investisaya olmuşdur. Cəlb olunan investisiyanın 63,8 faizi xidmət sahələri üzrə obyektlərin, 36,2 faizi sair xidmət sahələrin inkişafı üçün xərc edilmişdir.

Ötən il rayon büdcəsinə vergi və tədiyyələr üzrə 1,6 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 102,9 faiz icra edilmiş, gəlirlərin 39,2 faizi dövlət sektorunun, 60,8 faizi qeyri-dövlət sektorunun payına düşmüş, vergi qanunvericiliyini pozan 8 vergi ödəyicisinə tətbiq edilmiş 295,6 min manat həcmində maliyyə sanksiyanın 114,4 min manatın büdcəyə ödənilməsi təmin edilmişdir.

Cari ilin 1-ci rübü ərzində məcburi dövlət sosial sığorta haqqları üzrə büdcəyə 1 milyon 194 min manat, işsizlikdən sığorta üzrə 42,5 min manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar məcburi dövlət sosial sığorta haqqları üzrə 120,4 faiz, işsizlikdən sığorta üzrə147,3 faiz icra edilmişdir.

Hesabat dövründə mərkəzləşdirilmiş xərclərdən 917 min 786 manat subsidiya alınmış, büdcə xərcləri 2 milyon 294 min 613 manat və ya 89,8 faiz icra olunmuşdur.

Hesabat ilində 133 pensiya işi təyin edilmiş, 16576 pensiyaçıya, 200 nəfər kimsəsiz qocalara xidmət göstərilmiş, 5303 nəfərə sosial müavinət, 757 nəfərə Prezident təqaüdü, 158 ailənin 639 üzvünə ünvanlı sosial yardım verilmişdir.

İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə rayonda artan yekunla 2029 nəfər, o cümlədən 2019-cu ilin birinci rübündə 1001 nəfər işaxtaran kimi qeydiyyata alınmış, onlardan 353 nəfər münasib işlə təmin olunmuş, sosial müdafiəyə daha çox ehtiyacı olan 15 nəfər müəyyən olunmuş kvota yerlərinə göndərilmişdir. "Əmək yarmarkası"nın və "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Mərkəzdə işaxtaran kimi qeydiyyatda olan vətəndaşlardan 261 nəfər seçilərək sənədləri Dövlət Məşğulluq Xidmətinə təqdim edilmişdir. 16 nəfərə "Öz biznesinə başla və təkmilləşdir" mövzusunda xüsusi təlimlər keçmiş, qiymətləndirmədən keçdikdən sonra onlara öz biznesinə başlamaq üçün aktivlər- mal-material verilməsi təmin ediləcəkdir.

Aqrar sektorda həyata keçirilmiş tədbirlər sayəsində rayonda 2019-cu ilin birinci rübündə kənd təsərrüfatı məhsullarının istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artım olmuşdur.

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı rayonda kənd təsərrüfatı tədbirləri davam etdirilərək cari ilin birinci rübündə 2019-cu ilin məhsulu üçün 10990 ha sahədə payızlıq taxıl, o cümlədən 7630 ha sahədə buğda sahələrinə aqrotexniki xidmət göstərilmiş, 3936 ha sahədə yazlıq bitkilər olmaqla, 1377 ha sahədə yonca, 1194 ha sahədə kartof, 945 ha sahədə tərəvəz, 390 ha sahədə qarğıdalı, 30 ha sahədə bostan bitkiləri əkilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamının icrası olaraq 52 nəfər istehsalçıya 472,84 ha tütün sahəsindən əldə olunaraq emal müəssisələrinə satılmış 41,067 ton quru və 4636,176 ton yaş tütünə görə cəmi 25234,23 manat subsidiya ödənilmiş, 2019-cu ilin birinci rübündə fermer təsərrüfatlarına güzəştli qaydada 724,45 ton mineral gübrələr və 405 litr pestisidlər satılmışdır.

(ardı növbəti sayımızda)

Məzahir ƏHMƏDZADƏ