adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

QHT yaradıram - Nicat NOVRUZOĞLU yazır

NİCAT NOVRUZOĞLU
63402 | 2019-05-07 09:22

Niyə də yaratmayım ki?! Maşallah olsun ölkəmizdə aşağısı-yuxarısı 5000QHT qeydiyyatdan keçib. Mənimki də olsun 5001-ci.

Bilməyənlər üçün yazım ki, QHTqeyri-hökumət təşkilatı deməkdir. Yəni hökumət təşkilatı deyil. İstədiyi vaxtişə gələ bilirlər, istədiyi vaxt da işdən gedə bilirlər. Elə QHT-də var ki, elə işi özüylə hərləyir.Möhürün qoyub cibinə gəzir. Hər yer onun üşün iş yeridi. Bunların işləri-gücləriya dövlətdən, ya da hansısa təşkilatlardan pul qoparıb layihələr həyata keçirməkdir.Məsələn, görürsən ki, hardasa itə bir çomaq vururlar. Bunu eşidən kimi QHT-çi tez hay-küy salır. Etiraz aksiyası keçirir.Sonra hardansa pul qoparıb başlayır camaata itlərlə davranmaq qaydalarınıaşılamağa. Başına yığır bir neçə başqa QHT-çini, tədbirlər keçirir, müsahibələrverir, şəkillər çəkdirib yayır, aldığından bir az xərcləyir, bir az da qoyurcibinə. Nəyi pisdi ki?! Hərə bir tərəfdən, onlar da bir tərəfdən.

Mən də fikirləşirəm ki, bir QHT yaradıb başlayım yaşamağa. Pulum pul,xətrim- hörmətimdə ki, QHT rəhbəri kimi. Özü də yazarların QHT yaratması dəbdi.Əksər QHT-çi elə əksər də yazardı. Yazar deyəndə ki, yəni KİV nümayəndəsi.Media mənsubu. Əvvəl qəzet açdılar. Ağ günə çıxartdılar milləti. İndi də qhtaçıb çıxardırlar. Nə az- nə çox, 5250 KİV-i, elə bir o qədər də QHT-si olan birməmləkətdə yaşayırıq.

Mənim QHT-m uzunqulaqların hüquqlarınıqoruyacaq. Uzunqulaq elə bil bir az quru səssləndi axı. Eşşək yaxşıdı. Olsuneşşək. Niyə məhz eşşəklərin?

O gün bir statistik xəbər oxudum. Gördüm orda yazılıb ki, eşşəklərinsayı günbəgün azalır. 5 il ərzində 11 952 başazalıb. Hazırda respublikada 28040 başdırlar. 2015-ciildə 39 992, 2016-cı ildə 35 816, 2017-ci ildə 34 068, 2018-ci ildə isə 30 854baş olublar. Ən çox eşşək Gəncə-Qazax iqtisadi rayonunda (10524), ən az isəUcar (1) rayonunda qeydə alınıb.

Məlumatdao da bildirib ki, 2015-2018-ci illər və 2019-cu ilin yanvar-mart aylarındaAzərbaycana eşşək idxal olunmayıb. Elə bu cümlə məni tutdu. Deməli, elələri varki, eşşəklərinə yaxşı baxır və sonra da bizim kimi eşşəklərinə yaxşı baxmayanölkələrə eşşək ixrac edir. Bu da bir siyasətdi. Eşşəyə görə niyə onun-bununqapısını döyək ki?!

Qərarımqətidi. Yaradacam QHT-ni.

İtbütün günü milləti dişləyib qudurtdurduğu bir vaxtda onların hüquqlarınıqoruyan bir belə QHT varsa mən niyə eşşəyi qorumayım ki?! Eşşəyin itdən nəyiəskikdir ki?! Boyu boy, görkəmi görkəm, səsidəki səs. Hələ bir nəfərin eşşəkdənnarazılıq etdiyini görməmişəm. Və ümumiyyətlə, kimin ağzı nədir ki, hansısaeşşəyə bir söz desin. Kimin hünəri var ki, eşşəyi qədərindən artıq yükləsin.Kimin cəsarəti çatar ki, eşşəyin sağlamlığına laqeyid yanaşsın.

Birofis kirayələyəcəm. Ofisin önünə eşşək heykəli qoyacam. Loqomuzda da eşşəkşəkili.

Ofisə daxil olan da sizləri rəhmətlik BarışMançonun "arkadaşım eşşək” mahnısı müşayət edəcək. Biri birindən gözəl eşşəklərlərin şəkli də divarları bəzəyəcək.

Adıdillər əzbəri olmuş eşşəklər barədə məlumatlar da ki, öz yerində. Məsələn,Molla Nəsrəddinin eşşəyinin həyatı,yaşadıqları ardıcıl xronologiya ilə təqdim ediləcək ziyarətçilərimizə.

Ofisimizdəxüsusi kitab da qoyulacaq. Kimin eşşəklə bağlı ürək sözləri, xatirələri varsa ora qeyd edəcək. Kitabda yazılanlar yazanların xahişi iləməxfiliklə də qoruna bilər. Ola bilər ki, kimsə eşşəyə olan şəxsi sevgi hislərini ora yazsın. O qədər eşşəksevənlərimiz var ki. Bunu açıb-ağartmarıq. Bura olar sizin ürək açdığınız, sizəsirdaş olan bir məkan.

Eşşəklərinhüquqlarının qorunması ilə bağlı xüsusi tədbirlər həyata keçirəcəyik. Özünü kimeşşək kimi aparsa, eşşəkliyə qoysa və yaxud da eşşək kimi anqırsa onu verəcəyikməhkəmələrə. Əvvəl öz məhkələrimizə.Əgər kimlərsə onların yamın verməsə üz tutacağıq beynəlxalq məhkəmələrə,tribunalar. Yol verməyəcəyik ki, kimsə eşşəklərin hüquqlrını tapdasın. Eşşəyənə aiddirsə o da eşşəyindi. Siz kimsiniz ki, eşşək olmaya-olmaya özünüzüeşşəkliyə qoyursunuz?

Bizyalnız eşşək sevərlərin yanında olacağıq.

Gözlərinieşşəyin gözlərinə oxşadanlara isə dəstək olacağıq. Kim istəməz ki, eşşəyingözləri kimi gözləri olsun. O gözlər bilirsən nə qədər canlar alıb...

Açığıeşşəklərə çox güvənirəm. İnanıram ki, eşşəklərin sayəsində mən də bir güngörəcəm. QHT-mlə dünyanı fəth edəcəm. Bütün günü bizdən yazacaqlar. Eşşəklərigündəmə gətirəcəm. Deyəcəklər ki, bu daeşşəyin hesabına ağ günə çıxdı. Və yaxud da bu da eşşəkdən yarıdı və ilaxır.

Hərşey alınacaq. Ən azından ona görə eşşəklərə güvənirəm ki, onlar palçığa birdəfə batır.

Üstəlik,təzəliklə Bakıda eşşək ferması da açılıb. Deyirlər, südü çox xeyirlidir,xaricdə yaxşı gedir.

P.S. ABŞ –ın Demokrat Partiyasıyla dastrateji qrant sazişi imzalayacam. Amerikalı strateji partnyorum hesabına qrantda sel kimi axıb gələcək. Axı, onlarında qeyri-rəsmi simvolu eşşəkdir. Bundansonrasa, özünüz bilirsiniz də, pul sel kimi gələcək. Ancaq bunu heç kimə deməyəcəm,çünki QHT sirridir.



TƏQVİM / ARXİV