adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 May 2019 15:29
6351
GÜNDƏM
A- A+

ANS TV açıla bilər - Teleradio Şurasından AÇIQLAMA

ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Azərbaycan Respublikasının Baş Prokurorluğundan ANS-ə tam bəraət qazandıran məktub aldığını açıqlayıb.

V.Mustafayevin sözlərinə görə, məktubda 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığının tam sübuta yetirildiyi bildirilib.

Milli Televiziya və Radio Şurasının(MTRŞ) Aparat rəhbəriAsəf HacıyevModern.az-a deyib ki, rəsmi sənədlə tanış olmadan konkret fikir bildirməkdə çətinlik çəkir:

"Məlumatım olmadığı üçün nə deyə bilərəm? Hazırda mənim əlimdə Baş Prokuroluğun sənədi yoxdur bilim ki, bu həqiqətdir, yoxsa yox. Mən o sənədi görməmiş heç nə deyə bilmərəm”.

A.Hacıyev "Bu sənədi görəcəyiniz və deyilənlərin həqiqət olduğuna əmin olacağınız təqdirdə ANS-in fəaliyyəti bərpa oluna bilərmi” sualına cavabında "bilmirəm, sənədi görəndən sonra danışarıq”,- cavabını verib.