Deyirlərki, bir evin işığı o biri evə düşmür. Bunu kim deyib, necə deyib bilmirəm.Bildiyim odur ki, düzdür, elə adam var, lap yüksək vəzifədə əyləşir, nəbacısına əl atır, nə qardaşına arxa durur, nə də dar gündə olan qohum-əqrabasınakömək eləyir. O adamlar özləri üçün yaşayırlar, özləri üçün ömür sürürlər vədünyadan köçəndə də səssiz-səmirsiz gedirlər...
Adam da varki, bir pillə vəzifə kürsüsünə qalxanda, bir az ucalanda onun işığı, onun nurutək özünə, öz ailəsinə deyil, bütün qohum-əqrabaya, dosta-tanışa, el-obayadüşür. Və bu el-oba da o vəzifədən çıxandan sonra da və hətta dünyasını dəyişəndədə onun xeyirxahlığını yaddan çıxarmır.Son borcu olaraq hamı ona öz məhəbbətini və sevgisini göstərir. Mənimuşaqlıqdan, orta məktəb illərindən və ən nəhayət, universitet illərindən yaxşıtanıdığım Şirxan Yusif oğlu Adıgözəlov da belə böyük ürək sahibi idi.
O,Allahın dərgahına qovuşmaqla nəinki öz ailəsini, bütün dostlarını, yaxınlarını,elini-obasını kədərləndirdi. Çünki Şirxan Adıgözəlov yaşadığı 64 ili özündənçox elinə, obasına, dostlarına və ən nəhayət, onu sevənlərə xərcləmişdi. Və heçvaxt da elədiyi yaxşılıqları kiminsə başına başqaları kimi qaxmazdı. Onunqapısını kimlər döymürdü, İlahi?! Hər yerdən əli üzülən, ümidi kəsilən və pənahıolmayan kimsəsiz, kasıb adamlar qapısını döyürdü. Və bir dəfə də alnınıturşutmadı ki, bəs bu el-oba məni incidir?! Gücü çatdığı işləri özü aşırardı,gücü çatmadığı məsələləri də dostlarına xahiş edərdi. Və dostları da bilirdiki, Şirxan Adıgözəlov bir şeyi xahiş edirsə, orda haqq-ədalət və təmizlik var.
O, elə-beləadam deyildi. Yüksək zirvəyə çatmaq üçün o qədər əziyyət çəkmişdi ki. Düzdür,atası Yusif kişi dövrünün sayılan adamlarından idi. Ancaq o, atasına deyil,özünə güvənərdi. Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki orta məktəbi "əla” qiymətlərlə bitirmişdi.Həmin il Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə imtahan verib yüksəkqiymət alsa da, müsabiqədən keçə bilmədi.
Kəndəqayıtdı, Komsomol təşkilatının katibi vəzifəsinə təyin olundu. Onda da özistedadı və öz bacarığıyla yeni bir iz qoymağı bacardı. Belə ki, bizi başınayığıb Bəhmənlinin girəcəyində söyüd ağacları əkdirdi. İndi həmin söyüd ağaclarıyenə qalıb və hamı da deyir ki, o ağaclar Şirxanın əkdirdiyi ağaclardı...
İkinciili daha yüksək qiymətlər alıb hüquq fakültəsinə qəbul oldu. Tələbəlik illərindəözünə o qədər dost qazanmışdı ki, hamı onun başına and içirdi. Məndən bir kursqabaqda oxuyurdu və hüquq, jurnalistika,şərqşünaslıq fakültələri o vaxtkı "Kommunist” küçəsindəki üçmərtəbəli binadayerləşirdi. Tənəffüs vaxtı birinci mərtəbədə olan büfetə çörək yeməyə gedərdik.Şirxan məni və Vaqif Bəhmənlini görən kimi bufetdə işləyən Əminə xanıma deyərdiki, yaxşı bir buterbrod düzəlt bunlara. Bu buterbrodun da içərisində dilimlənmişkolbasalar olardı. Dadından doymazdıq. Görürdü ki, bizə ləzzət eləyir, təzədənƏminə xanıma işarə eləyib deyərdi ki, birini də ver. Və biz də onu gözümüzə təpərdik.
O, həddindənçox mehriban, şirin və səmimi bir oğlan idi. Həm də çox "simpatiçni” gənc idi.Qızlar onun dərdindən dəli idilər. Çünkio vaxt hüquq fakültəsində oxumaq, həm də belə ağıllı, kamallı və savadlı tələbəolmaq hər gəncə qismət olmurdu. Bayaq dedim axı, Şirxanın o qədər dostu vardı.Məsələn, Aqil Abbasla tələbəlik illərindən çörək kəsirdilər, yeyirdilər, içirdilərvə hətta davaya da bir gedirdilər...
Hələorta məktəbdə oxuyanda bizim elmi dərnək vardı, o elmi dərnəyə də rəhmətlikBalaca müəllim rəhbərlik edərdi. Şirxan da çox savadlı olduğuna görə, biz həmin dərnəkdə ondan ehtiyat edərdik. 8-cisinifdə coğrafiyadan mövzu götürdüm, elmi dərnəkdə çıxış elədim. Şirxan Adıgözəlovda, Vaqif Bəhmənli də, Təbriz Süleymanov da, Barat Səfərov da sualları yağış kimi yağdırdılar.Axırda Şirxan gördü ki, bütün suallara cavab vermişəm, onları sakitləşdirdi vədedi ki, görmürsünüz, nə qədər gözəl hazırlaşıb?! Allahınız olsun, bunu çoxincitməyin, gəlin Faiqə "beş” yazaq. O, çox ədalətli, insaflı, obyektiv birhüquqşünas idi.
Zarafatdeyil, uzun müddət prokurorluq orqanlarında işləmiş, Bakının Yasamal və Səbaelrayonlarında prokuror olmuşdu. Özü də elə-belə prokuror yox ha! Çox samballı,ağayana, öz oturuşunu-duruşunu və yerini bilən adam idi. Əgər bir adam haqlıidisə, heç vaxt onun haqqını tapdanmağa qoymazdı. Vəzifəcə özündən yüksək olanadamlara da imkan verməzdi ki, kiminsə haqqını tapdasınlar. Əgər belə bir şeyolardısa, bax onda Şirxan Adıgözəlovun o adam sərt üzünü görərdi. O, çox cəsarətlivə savadlı bir hüquqşünas idi. Bu cür hüquqşünaslar Azərbaycanda elə də çoxdeyil və heç vaxt da yüksək vəzifələrdə gözü olmayıb. Ona yüksək vəzifələr təklifolunsa da, o bundan imtina edib, elə öz yerində işləməyi hər şeydən üstüntutub.
Biz tələbəolanda tez-tez onun qohumu və polis orqanlarında işləyən Əyyub müəllimgildəolardıq. Əyyub müəllim Dəmiryol Polisində işləyirdi. Həyat yoldaşı Aygün xanımda çox mehriban, şirindil insan idi. Biz onların evinə gedəndə Aygün xanım əldən-ayaqdangedərdi. Yedirib-içirmədən bizi buraxmazdı. Hətta görərdi ki, corablarımız köhnəlib,Əyyub müəllimin corablarından birini ona, birini də mənə verərdi. Bəzən utanıbonlara gec-gec gedərdik. Amma gedəndə Aygün xanım hər ikimizi danlayıb deyərdiki, bəs Əyyub əminiz sizin üçün darıxıb, niyə görünmürsünüz? İndi Əyyub müəllimdə, Aygün xanım da, dostumuz Şirxan da haqq dünyasındadı. Ancaq onların elədiyiyaxşılıq heç vaxt mənim yadımdan çıxmır,vallah!
Şirxanınelə böyük ürəyi vardı ki, o ürəyə bütün Azərbaycan yerləşərdi. O, fərq qoymazdıki, bu naxçıvanlıdı, o biri şəkilidi, bakılıdı, qarabağlıdı, lənkəranlıdı... O,deyirdi ki, mənim respublikanın hər yerində canlara dəyən dostlarım var... odeyirdi ki, mən hansı qapını döysəm, vəzifəm olmayanda da o dostlar qapını açacaq...o deyirdi ki, heç vaxt orta məktəb müəllimlərimolan Əvəz müəllimi, Cəlal müəllimi, Valeh müəllimi, Balaca müəllimi, Cavanşirmüəllimi unuda bilmərəm. Onun sözünün əvvəli də, axırı da bu müəllimlərlə bağlıolurdu. Həmişə Əvəz müəllimin ibrətamiz sözlərini xatırlayardı... O deyirdi ki,bizim hamımızı adam eləyən Əvəz müəllim və onun kimi müəllimlər oldu...
ŞirxanAdıgözəlov təkcə savadlı, istedadlı hüquqşünas deyildi. Onun həm də çox gözəlmusiqi duyumu vardı. Bəlkə də muğamı onun kimi bilən az-az ziyalı tapılar. Həmdə onun gözəl səsi vardı. O qədər şirin səsi vardı ki, tələbə vaxtı biz o səsidinləməkdən doymazdıq. "Xalq ulduzu” müsabiqəsində Eldəniz Məmmədova çox böyükarxa oldu. Hər çıxışında Eldənizə deyirdi ki, bax mahnının filan yerində,muğamın filan guşəsində artıq xal vurdun, artıq hərəkət elədin. Eldəniz dəonunla razılaşırdı.
Bir dəfəMəhərrəm müəllimin oğlunun toyunda toy başa çatsa da, məclisi aparan ManafAğayevi saxladı. Hamı dağılışmışdı, cəmi beş-altı adam qalmışdı. Manaf Ağayevədedi ki, "Füzulim mənim”i oxu. Manaf da Allah kömək olmuş bir gəzişmə elədi ki,o səsin sehrində Şirxanı da, məni də, o məclisdəki beş-altı adamı da götürübapardı Ərgünəşə, Çənlibelə, Buzbulağa... Mahnı qutaranda Şirxanın gözləridoldu, qapqara qaralmış çöhrəsinə qan gəldi və sonra da Manafı bağrına basıböpdü...
Şirxanınqardaşı yoxuydu. Seyid Əbdürrəhim onaqardaş idi... Süleyman İsmayılov ona qardaş idi... professor Qalib Qarayev onaqardaş idi... tibb elmləri doktoru Müşfiq Həsənov ona qardaş idi... hüquqşünasKamran Əhmədov ona qardaş idi... general Azad Ələkbərov ona qardaş idi... böyükşair Vaqif Bəhmənli ona qardaş idi... Cəmi Azərbaycanda onun dostlarının hamısıona qardaş idi... Və bu qardaşlar öz məhəbbətini, öz sevgilərini onu son mənziləyola salanda bir daha göstərdilər. Və o qardaşlar bir daha göstərdilər ki,Şirxan tək deyil, onun iki oğlu tək deyil. Şirxanın o iki oğlunun arxasındasayı-hesabı bilinməyən qardaşlar dayanıb...
Onun biruşaqlıq dostu vardı: Həsən Əliyev! Bir məhəllədəböyümüşdülər... bir yerdə dostluq eləmişdilər və Mərdəkanda da qonşu idilər. Həsənfevral ayında qəflətən dünyasını dəyişdi. Şirxanın da durumu o qədər yaxşıdeyildi. Amma yenə də yas məclisinə Böyük Bəhmənliyə gəlmişdi. Tək gəlməmişdi.Qırx illik dostu və şəxsi həkimi professor Qalib Qarayevlə gəlmişdi. Onda onugörə bilmədim. Ancaq qəbiristanlığa gedəndə gördüm ki, anasının və bir də dostuHəsənin məzarının üzərinə qərənfillər qoyulub. Seyid Əsgərə molla Məcid dediki, bu gülləri Şirxan müəllimlə dostu qoyub. Taleyə bir bax, heç üç ay keçmədiki, o, dostuna qovuşdu...
ŞirxanAdıgözəlov böyük hüquqşünas idi, hüquq elmləri doktoru idi. Və təqaüdə çıxandansonra da universitetlətin birində dərs deyirdi. O nə qədər böyük mütəxəssisolsa da, insan kimi, ziyalı kimi, dost kimi, eloğlu kimi daha böyük idi. Mənbunu bir daha onun yas məclisində gördüm. Gördüm ki, hətta ona qarşı haqsızlıqeləmiş şəxslər də günahını yumaq üçün vəhalallıq almaq üçün o məclisə gəlmişdilər...
Onunkimi oğullar tək bir evdən, bir eldən, bir kənddən getmir. O, bizim kəndin ucabir dağıydı. Və bizim bu gün uca bir dağımız gedib. Ancaq getsə də, onunqoyduğu əməli-saleh işlər, böyük yaxşılıqlar elə uca dağ kimi qalır. Onunkimi oğullar tək bir evdən getmir, həm dəböyük Azərbaycandan, böyük yurddan gedir. Şirxan Adıgözəlov bir daha ölümüylə təsdiqelədi ki, insanı bu dünyada yaşadan onun işığıdı, onun nurudu. Çünki o, Allahındərgahına qovuşsa da, o gün işığı həmişə olacaq, hər an, hər zaman üfüqdənboylanacaq. Və bu gün işığı tək onun övladlarının, nəvələrinin deyil,qaranlıqda olan, çətinliklərlə üzləşən bütün insanların yolunu işıqlandıracaq.O ağ işıq düz Allahın dərgahına qədər uzanacaq...