adalet.az header logo
  • Bakı 18°C
06 May 2019 12:00
4894
GÜNDƏM
A- A+

Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verdi

Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Adalet.az-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.