adalet.az header logo
  • Bakı 20°C
06 May 2019 11:41
32481
DÜNYA
A- A+

Qəzaya düşən SSJ-100 sərnişin təyyarəsinin qara qutusu tapıldı

Moskvanın "Şeremetyevo" hava limanında qəza enişi zamanı yanan"Sukhoi Superjet 100" təyyarəsinin qara qutusu tapılıb.

Ekspertlər qəza yerində işləri davam etdirirlər.

Adalet.az "İnterfax" agentliyinə istinadən bildirir ki, qara qutu artıq deşifrə edilmək üçün Dövlətlərarası Aviasiya Komitəsinə göndərilib.

Qutunun açılmasına 4 həftə vaxt tələb olunacaq.

Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn "Aeroflot” aviaşirkətinə məxsus "Sukhoi Superjet 100” (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın "Şeremetyevo” Hava Limanına qəza enişi edən zaman yanıb.

Hadisə nəticəsində göyərtədə olan 78 nəfərdən 41-i həlak olub.