adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
06 May 2019 09:46
38118
MƏDƏNİYYƏT
A- A+

Firuz Mustafa “Yaradıcı yazı”nın “Birpərdəli dərs”ində

Bir neçə gün qabaq "Payız meşəsində vals” pyesi ilə Mədəniyyət Nazirliyinin elan etdiyi "Birpərdəli pyeslər” müsabiqəsinin qalibi olmuş I mükafatın sahibi dramaturqfilosof Firuz Mustafa may ayının 3-də Xəzər Universitetində "Yaradıcı yazı” fənninin qonağı oldu. "Dillər və ədəbiyyatlar” departamentinin müəllimi Qardaşxan Əzizxanlı, həmçinin "Xəzər”li tələbələr Səidə Cabarova və Nərmin Ələkbərova tanınmış yazarın çoxşaxəli yaradıcılığından danışdılar. Sonra tələbələrin suallarını cavablandıran yazar öyrənciləri yaradıcılıq laboratoriyası ilə, pyeslərində etdiyi yeniliklərlə yaxından tanış etdi, maraqlı nümunələr misal gətirməklə dramaturgiyanın fəlsəfəsindən söz açdı. Görüşün sonunda hörmətli qonaq "Ölü dildə sevgi məktubları” kitabını "Yaradıcı yazı” fənninin kitabxanasına bağışladı.