adalet.az header logo
  • Bakı 12°C
04 May 2019 17:22
23927
KRİMİNAL
A- A+

Astarada mal-qara oğruları saxlanılıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində heyvan oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Astara rayonunun Şiyəkəran kənd sakini A.Əliyev DİN-in "102 xidməti-zəng mərkəzi”nə müraciət edərək ona məxsus fermadan 900 manat dəyərində 6 baş qoyunun oğurlandığını bildirib.

RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını rayonun Şahağacı kənd sakini A.Babayev və onun həmkəndlisi olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib və hər iki şəxs saxlanılıb.

Digər əməliyyat tədbiri nəticəsində isə Astara sakininin həyətindəki tövlədən 1500 manat qiyməti olan dananı oğurlayan şəxslər saxlanılıb. Belə ki, Astara rayonunun Səlivə kənd sakini S.Kərimzadənin Lənkəran rayonunun Kərgəlan kəndində yaşayan bacısı T.Kərəmzadə və qardaşı T.Kərəmzadə ilə birlikdə həmkəndlisi olan bir qadının həyətindəki tövlədən erkən dananı oğurlayaraq Lənkəran rayonu ərazisində satdıqları məlum olub. Həmin heyvanın yeri müəyyən edilərək sahibinə qaytarılıb. Hər iki faktla bağlı araşdırma aparılır